Əsas Səhifə > Ölkə, Manşet > OĞUZUN İCRA BAŞÇISI DEPUTATI BİTİRMƏK İSTƏYİR
OĞUZUN İCRA BAŞÇISI DEPUTATI BİTİRMƏK İSTƏYİR15-10-2012, 11:07 |
DEPUTATA QARŞI KAMPANİYAYA START VERİLİB DİA.AZ: - Gülər Əhmədova məsələsindən sonra qorxu içində olan bəzi deputatlar özləri haqqında kompromat materialların yayılmasının qarşısını almağa çalışırlar. Amma buna baxmayaraq, meydana çıxan bəzi situasiyalar millət vəkillərini çətinə sala bilər. DİA.AZ-a çatan məlumatlara görə, artıq daha bir deputata qarşı total kampaniyaya start verilib. Həmin kampaniyanın məqsədi isə deputatın istefasının tələbindən ibarətdir. Məlumatda bildirilir ki, bu dəfə hədəfdə Azərbaycan Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlıdır. Ona qarşı aparılan kampaniya isə hələlik Facebookda təşkil olunub. Bir qrup oğuzlu tərəfindən həyata keçirilən prosesin əsas tələbi Aqiyə xanımın istefa verməsi və rayondan yeni deputatın seçilməsi üçün proses başladılmasıdır. Maraqlı məqam odur ki, bu məsələ ortaya çıxdıqdan sonra deputatın əsas rəqiblərindən biri olan Oğuzun icra başçısı Eyvaz Qurbanovun prosesdən faydalanmağa başlayıb. Daxil olan məlumata görə, Facebookdaka kampaniyanı genişləndirmək məqsədi ilə icra başçısı özünün yaxın adamlarına göstəriş verib ki, saxta profillərlə bu məsələyə dəstək versinlər. Geri qayıt |