Əsas Səhifə > Hadisə > AZƏRBAYCAN DÜNƏN 7 BALLIQ ZƏLZƏLƏYƏ DÖZÜB

AZƏRBAYCAN DÜNƏN 7 BALLIQ ZƏLZƏLƏYƏ DÖZÜB


15-10-2012, 10:07
AZƏRBAYCAN DÜNƏN 7 BALLIQ ZƏLZƏLƏYƏ DÖZÜB
ÖLÜMLƏ BAĞLI XƏBƏR YOXDUR

Fövqəladə Hallar Nazirliyi oktyabrın 14-də ölkə ərazisində qeydə alınmış zəlzələlərlə bağlı məlumat yayıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, saat 15:13-də Zaqatala rayonundan 30 km qərbdə, Balakən rayonu ilə Gürcüstan Respublikası sərhədində zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 7,0 bal təşkil edib. Zaqatala və Balakən rayonlarında zəlzələ 6,0 bal, Mingəçevir, Şəki, Şamaxı, Qax, Yevlax, Qəbələ rayonlarında 5,0-3,0 bala qədər hiss olunub. İnsan tələfatı haqqında məlumat daxil olmayıb.

Geri qayıt