Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCANDAN PKK-YA KİMLƏR DƏSTƏK VERİR?

AZƏRBAYCANDAN PKK-YA KİMLƏR DƏSTƏK VERİR?


15-10-2012, 09:53
AZƏRBAYCANDAN PKK-YA KİMLƏR DƏSTƏK VERİR?
TÜRKİYƏ İSTİHBARATI BAKIDAKI 14 ÜNVANLA BAĞLI HANSI ADDIMI ATIB?

DİA.AZ: - Keçən günlərdə Türkiyə mətbuatında səslənən bir iddia - Azərbaycandan terrorçu kürdlərin təşkilatı olan PKK-ya dəstəyin verilməsi ilə bağlı səslənən iddia böyük rezonans yaratdı. Əslində burada qeyri-adi heç nə yox idi və dünənə qədər də Azərbaycan mətbuatında bu kimi iddialar səslənmiş və konkret adlar da çəkilmişdi.

Amma rəsmi Bakı hər dəfəsində deyilənləri inkar edib. Bu dəfə də belə oldu. Bu barədə mətbuata açıqlamı verən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov deyilənlərin yalan olduğunu bildirməklə yanaşı, Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu bildirib, bunu təxribat da adlandırdı.

Lakin yenə də əlahəzrət faktdan üstünü yoxdur. Məsələn, bu gün Azərbaycanda məşhz bölücü kürdlərə dəstək verməsi səbəbindən çox böyük imkanlar əldə edən yetərincə siyasətçilər və iş adamları var. Və faktdır ki, bu gün hakimiyyət daxilindəki qruplaşmaların klassifikasiyası zamanı ortaya «kürd qruplaşması» adlı bir qüvvə də çıxmış olur.

Bildirək ki, rəsmi Bakının nəyi necə ifadə etməsindən asılı olmayaraq, bu gün hələ də PKK-nın Azərbaycan parlamenti tərəfindən rəsmən bir terror təşkilatı kimi tanınmaması faktoru hər zaman şübhələrə meydan verməklə yanaşı, bu cür iddiaların da ortaya çıxmasına nədən olacaq. Hətta bu addımın atılması üçün Ankaranın Bakıya ağız açdığı da məlumdur. Lakin addım atılmadı.

Bununla bağlı DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər mənbə iddia edir ki, əslində hakimiyyətiçi kürd qruplaşmasının mövcudluğu hər zaman Azərbaycanla Türkiyəni üz-üzə qoyan faktor rolunu oynamaqdadır: «Bu qruplaşmaya kimlər aiddir hər kəs yaxşı bilir. Bu gün həmin qruplaşma hətta nəzarət edə bilmədiyi dövlət qurumlarının üzərində belə hökmranlıqlarını nümayiş etdirirlər ki, bu kimi faktlar yetərincədir».

Kürd qruplaşmasının həm parlamentdə və həm də işgüzar aləmdə böük dayaqlara malik olduğunu bildirən mənbəmiz Azərbaycandan məhz onların PKK-ya dəstək verdiyini net şəkildə söylədi: «Bu yardım yeni deyil. Hətta bir zaman Türkiyənin Ədliyyə Naziri Bakıya gələrək Azərbaycan hakimiyyətinə konkret siyahı da təqdim etmişdi. Həmin siyahı isə çox maraqlı bir yolla əldə olunmuşdu».

Mənbəmiz bildirir ki, PKK-ya Bakıdan yardım edən məmur və iş adamlarımızın siyahısını Türkiyənin xüsusi xidmət orqanları kürd terror təşkilatına qarşı keçirdikləri əməliyyat zamanı əldə etmişdilər: «Həmin əməliyyatın nəticəsi olaraq Türkiyənin Milli İstihbarat Təşkilatının əlinə PKK-ya xaricdən ötürülən yardımların qaynaqları göstərilmişdi. Və təəssüflər olsun ki, həmin siyahıda Azərbaycanda olan 14 ünvan qeyd olunmuşdu. Və Türkiyənin o zamankı ədliyyə naziri də sözügedən ünvanlarla (aralarında məmurlar və iş adamları var idi -red.) bağlı rəsmi Bakıdan əməli tədbirlərin görülməsini istəmişdi. Amma Azərbaycan dövləti adında bu məsələdə heç bir addım atılmadı».

Odur ki, qardaş Türkiyənin mətbuatında səslənən iradların haqlı olduğunu bildirən mənbəmiz eyni zamanda vurğuladı ki, bu gün PKK-ya dəstək verənləro ox güclüdürlər: «Onlar istədiklərini edirlər. Və maləsəf ki, hətta son olaraq hakimiyyət içində cərəyan edən olaylar da onları hədəfə çevirə bilmir».

Geri qayıt