Əsas Səhifə > Ölkə > MƏKTƏBLI FORMALARININ ALINMASI ÜÇÜN VAXT UZADILIB
MƏKTƏBLI FORMALARININ ALINMASI ÜÇÜN VAXT UZADILIB13-09-2011, 17:40 |
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məktəbli geyimlərinin alınması üçün vaxtı oktyabrın 1-dək uzadıb. Bu barədə APA-ya BŞTİ-nin sektor müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, bu məsələdə geyimləri indiyədək əldə edə bilməyən valideynlər nəzərə alınıb: “Sentyabrın 15-də ümumtəhsil məktəblərində dərslər başlayır. Məktəbli geyimlərini indiyədək ala bilməyən valideynlər övladlarını ağ köynək və tünd rəngdə olan ətəklik və ya şalvarla məktəbə yola sala bilərlər. Onlara geyimləri əldə etmək üçün oktyabrın 1-dək vaxt verilir. Bu müddət ərzində onlar formaları ala biləcəklər”. Qeyd edək ki, bu il Bakıda 340 minə yaxın məktəbli vahid məktəbli geyimindən istifadə edəcək. 2007-2008-ci tədris ilindən başlayaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində məktəbli forması tətbiq olunur. 2010-2011-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün təhsil müəssisələrinin I-IV sinif şagirdləri vahid məktəbli geyiminə keçib. Geri qayıt |