Əsas Səhifə > Gündəm, Manşet > VASİF TALIBOV İNDİ DƏ MAAŞLARI QAYÇILAYIR

VASİF TALIBOV İNDİ DƏ MAAŞLARI QAYÇILAYIR


15-10-2012, 09:15
VASİF TALIBOV İNDİ DƏ MAAŞLARI QAYÇILAYIR
NAXÇIVANDA MÜƏLLİM VƏ HƏKİMLƏRDƏN, PENSİYAÇILARDAN PUL TUTULUR

DİA.AZ: - Naxçıvan Muxtar Respublikasından zəng edən bir oxucu bildirib ki,muxtar respublikada təqaüdçülərə aylıq pensiya verərkən 20 manat kəsirlər Səbəbini isə belə izah edirlər ki, məqsəd büdcəyə qənaət etməkdir...

Hər halda, illərdir Naxçıvanı yönəldən Vasif Talıbovdan gündə bir yenilik eşitməsək, qulaqlarımız kar olar. DİA.AZ-a danışan MR-dəki mənbə iddia edir ki, məsələ tək bununla yekunlaşmır. Vasif Talıbovun göstərişi ilə müəllimlərin də əməkhaqqılarından “Xanın payı” tutulur və hətta bu işdə maliyyə nazirliyinin də iştirak etdiyi məlumdur.

Bununla bağlı mənbənin söylədikləri: “Müəllimlərdən 10 manatdan pul tutulur. Həkimlər və pensiyaçılar isə 15-20 manat az pul alırlar və bu pultutma əməliyyatından kiminsə şikayət etməyə cürəti belə yoxdur”.

Geri qayıt