Əsas Səhifə > Güney Press / Manşet > QƏBƏLƏNİN HƏRBİ KOMİSSARI BARƏDƏ QƏRAR VERİLİR

QƏBƏLƏNİN HƏRBİ KOMİSSARI BARƏDƏ QƏRAR VERİLİR


12-10-2012, 15:13
QƏBƏLƏNİN HƏRBİ KOMİSSARI BARƏDƏ QƏRAR VERİLİR
DİA.AZ: - Azərbaycanda daha bir hərbi komissarın başı cəncəldədir. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələr xəbər verib. Qaynağın iddialarına görə, Qəbələ rayon hərbi komissarı Aydın Namazov həbs oluna bilər. Buna səbəbsə, onun adının bir cinayət işində hallandırılması və ittiham hədəfinə çevrilməsidir.

Qeyd edək ki, keçən il Qəbələ rayon hərbi komissarının müavini, polkovnik-leytenant Şamil Teymurov barəsində cinayət işi açılmışdı. Mənbəmiz bildirir ki, indi isə bu işlə əlaqədar Aydın Namazovun özü hədəfə çevrilib. Çünki onun müavini belə bir ifadə verib: “Hərbi komissar çağırış yaşı çatmış, lakin xidmət üçün yararsız olan vətəndaşları hərbi xidmətə göndərməkdə günahlandırılır”.

Mənbəmiz bildirir ki, Namazova qarşı Cinayət Məcəlləsinin 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddəsi ilə ittiham irəli sürülə bilər.

Onu da xatırladaq ki, Aydın Namazov zamanında Şamil Teymurovu müdafiə etmişdi və günahkar kimi həkim komissiyasını nişan vermişdi. Indi isə aydın olur ki, nədən hərbi komissar belə bir müdafiə addımı atıb və hətta hüquq-mühafizə orqanlarının dəqiqləşmiş ittihamlarını belə şübhə ilə qarşılayıb.


Geri qayıt