Əsas Səhifə > Güney Press / Manşet > В«GÜLƏR ƏHMƏDOVA DA MƏCBUR QALIB DANIŞACAQВ»
В«GÜLƏR ƏHMƏDOVA DA MƏCBUR QALIB DANIŞACAQВ»12-10-2012, 14:47 |
![]() KEÇMİŞ NAZİRDƏN İLGİNC AÇIQLAMALAR DİA.AZ: - Son zamanlar hakimiyyət daxilində baş verən gərginliklər ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Prezident seçkiləri ərəfəsində YAP iqtidarının ciddi dəyişikliklər astanasında olduğu barədə DİA.AZ-a açıqlama verən Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov bildirdi ki, əslində Elşad Abdullayev bağlı ssenarinin arxasında da məhz bum əqam dayanır. İsgəndər Həmidov onu da əlavə etdi ki, bu gün Gülər Əhmədovanın üzərinə yeriyən YAP rəhbərliyi və digərləri, əslində öz gələcəkləri üçün təminat almağa çalışırlar: В«Amma onlar Gülər Əhmədovadan da pis formada korrupsiyaya bulaşıblar. Lakin bu barədə danışmaq istəmirlər. Gülər Əhmədova kim idi ki, müstəqil qaydada, özündən qərar verirmiş kimi gedib kimdənsə 500 min dollar rüşvət istəsin. İndii elə edəcəklər, Gülər Əhmədova da məcbur qalıb danışacaq. Onda əsl həngamə qopacaqВ». Həmsöhbətimiz əslində hər şeyin 2013-cü ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə hesablandığını bildirməklə yanaşı, vurğuladı ki, bu məsələdə müxalifət partiyaları ilk əvvəl fəallıq etdilər: В«Amma sonradan gördülər ki, yox, nəzarət hakimiyyətin öz əlindədir və hakimiyyət özünün istədiyi istiqamətə hadisələri yönəldir, idarə edir. Bundan sonra müxalifət kənarda qalmağa üstünlük verdi. Amma səhv ilkindən buraxılmışdıВ». Geri qayıt |