Əsas Səhifə > Sosial, Manşet > RAMİZ MEHDİYEVİN YERİNƏ NAMİZƏD TAPILIB

RAMİZ MEHDİYEVİN YERİNƏ NAMİZƏD TAPILIB


12-10-2012, 12:36
RAMİZ MEHDİYEVİN YERİNƏ NAMİZƏD TAPILIB
ƏBÜLFƏS QARAYEV PA RƏHBƏRİ POSTUNA ƏN ŞANSLI NAMİZƏD HESAB OLUNUR

DİA.AZ: - «Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev yaxın günlərdə vəzifəsindən azad ediləcək». Bu şok məlumatı redaksiyamıza hökumət içindəki mənəbələr ötürüb. Məlumatı DİA.AZ-a verən qaynaq iddia edir ki, Əbülfəs Qarayevin yerinə onun keçmiş müavini, hazırda Gənclər və İdman nazirinin müavini postunu tutan İntiqam Babayev gətiriləcək.

Onu da bildirək ki, İntiqam Babayev dünənə qədər dövrü mətbuatda öz nazirinin - Azad Rəhimovun potensial rəqibi hesab olunurdu və bildirilirdi ki, İ.Babayev özü yox, eyni çevrədən olduğu, deputat Azay Quliyevin Azad Rəhimovun yerinə təyin olunması üçün çaba sərf etməkdədir. Onlara bu işdə əsas dəstəyi isə Prezident Administrasiyası verir.

İndi isə aydın olur ki, PA-nın projesində iştirak edən bir şəxsi nazir gətirmə niyyəti var. Hər halda, bütün bunlar son zamanlar hakimiyyət içində baş verən dəngə dəyişməsinin təzahürü kimi qəbul olunmalıdır. Elə mənbəmiz də bunu deyir və bildirir ki, əslində İntiqam Babayev Azad Rəhimova qarşı hazırlanan bir təxribat projesini ifşa etdiyindən bu şəkildə mükafatlandırılır.

Əbülfəs Qarayev gəlincə isə, onun daha yuxarı vəzifələrə çəkiləcəyi söylənilir. Hətta bəzi qaynaqlar Mədəniyyət və Turizm Nazirinin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yerinə gətiriləcəyini də söyləyirlər. Bu barədə danışan qaynağımız iddia edir ki, kimlər üçünsə bu qeyri-ciddi görünə bilər, amma bu gün Ramiz Mehdiyevin yerinə məhz Əbülfəs Qarayev kimi fiqurun gətirilməsi YAP iqtidarı üçün ən əlverişli olanıdır.

Məsələn, bir zamanlar Rəsul Quliyev parlament sədri idi və bu postun əhəmiyyəti gözə çarpırdı. Sonrakı Milli Məclis rəhbərləri isə həmin postun çəkisini əməlli-başlı azaltdılar və bu gün hər kəs elə bir təəssüratdadır ki, Azərbaycanda spiker postu bir auditoriya müəllimi kimi bir nəsnədir.

Geri qayıt