Əsas Səhifə > Ölkə > ŞOK: CAVİD QURBANOV HƏBS OLUNA BİLƏR

ŞOK: CAVİD QURBANOV HƏBS OLUNA BİLƏR


12-10-2012, 12:12
ŞOK: CAVİD QURBANOV HƏBS OLUNA BİLƏR
BELƏ BİR TƏDARÜKÜN GETDİYİ DEYİLİR

Prezident Administarsiyasında bu günlərdə toplantı keçirilib. Toplantıda son dövrlər baş verən proseslər və xüsusilə, "Azəryolservis" ASC-nin rəhbəri, deputat Cavid Qurbanovun məsələsi ciddi müzakirə mövzusu olub. Bu barədə "AzeriNews.org"a məlumat verən mənbənin sözlərinə görə, müzakirələrdən sonra belə nəticəyə gəlinib ki, "Azəryolservis" ASC-nin fəaliyyəti araşdırılaraq və Cavid Qurbanovun həbsinə hazırlıq görülsün.

"AzeriNews.org"a daxil olan məlumatlarda bildirilir ki, ilin sonuna qədər deputatın həbsi reallaşmalı olub. Lakin "Gülər Əhmədova olayı" ortaya çıxdığı üçün hakimiyyət bu məsələni arxa plana keçirməyə qərar verib. Həmçinin məlumatlarda qeyd edilir ki, Cavid Qurbanovun korrupsiya maxinasiyalarından başqa, deputatın hədəfə gəlməsinə səbəb onun bir müddət əvvəl sürücüsü və "kassiri" kimi ad çıxarmış Mahir Lənkaranlı (Quliyev) olub. Çünki PA-da mülahizələrə zamanı bu məsələyə də toxunulub. Mənbənin sözlərinə görə, Cavid Qurbanovun sürücüsü Mahir Lənkəranlının adına İran İslam Respublikasından böyük məbləğdə pul köçürmələri və əməliyyatlar olub. Bu əməliyyatlar isə birbaşa "Bank of Baku" vasitəsilə həyata keçirilib. Bundan isə Cavid Qurbanov xəbərsiz olmayıb. Amma nədənsə "Azəryolservis" şefi Mahir Lənkaranlının radikal dindarlara əlaqələrinə göz yumub. Hətta Cavid Qurbanovun Mahir Lənkaranlıya ölkəni tərk etməsi üçün də şəarit yaratdığı bildirilir. Elə bu baxımdan Cavid Qurbanovla bağlı tədbirlərin görülməsi istiqamətində iş aparılır. Görüləcək tədbirin əsas qayəsi adıçəkilən şəxsin həbsi ilə yekunlaşmalıdır.

Geri qayıt