Əsas Səhifə > Gündəm, Manşet > GƏNCƏNİ OĞRU QANUNLARI İLƏ İDARƏ EDİRLƏR

GƏNCƏNİ OĞRU QANUNLARI İLƏ İDARƏ EDİRLƏR


12-10-2012, 11:00
GƏNCƏNİ OĞRU QANUNLARI İLƏ İDARƏ EDİRLƏR
ELMAR VƏLİYEVİN SURƏT HÜSEYNOVA OLAN «RƏĞBƏTİNİN» ACI NƏTİCƏSİ

DİA.AZ: - Bir neçə gün əvvəl dövri mətbuatda belə bir xəbər yayıldı ki, Gəncənin icra başçısı Elmar Vəliyev keçmiş baş nazir Surət Hüseynovun təsir dairəsinə düşüb. Daha doğrusu, icra başçısını tam olaraq yönəldən Surət Hüseynov yenidən Gəncədə hökmranlığı ələ keçirib.

Bu barədə DİA.AZ-a Gəncədəki mənbələrdən daxil olan xəbərdə deyilir ki, Elmar Vəliyev sən demə bir zamanlar Surət Hüseynovun «hayranlarından» olub: «Bunu başçı bir neçə gün əvvəl Surət Hüseynovun da iştirak etdiyi məclislərin birində keçmiş baş nazirin üzünə deyib. Onun şəninə sağlıq qaldıran icra başçısı Surət Hüseynova deyib ki, zamanında onun heyranı olub və bütün addımlarını izləyib».

Təbii ki, belə bir «fanatizm» şəraitində Surət Hüseynovun hansı əlahiddəlik qazanldığını təxmin etmək o qədər də çətin deyil. Bu barədə danışan mənbəmiz bildirir ki, artıq Gəncədə Azərbaycan dövlətinin qanunları yox, Surət Hüseynovun qoyduğu oğru qanunları hökmranlıq edir: «Məsələn, bu günlərdə bir konflikt yaşanmışdı. Yerli sahibkarlardan birinin pulu mənimsənilmişdi. Həmin işi polis çözə bilməsə də, Surət Hüseynovun adamları həll edərək, yoluna qoydular. Hətta bu məsələdə yerli icra hakimiyyəti də az qala Surət Hüseynovun adamlarına yardımçı rolunu oynadı».

Hər halda, bu kimi faktların Elmar Vəliyevə müsbət divident gətirməyəcəyi heç şübhəsizdir…

Geri qayıt