Əsas Səhifə > Hadisə, Manşet > DEPUTATIN AİLƏSİ DAĞILIR

DEPUTATIN AİLƏSİ DAĞILIR


4-11-2011, 17:43
DEPUTATIN AİLƏSİ DAĞILIR

SÜBUT KİMİ İSƏ YAZDIĞIMIZ MATERİAL MƏHKƏMƏYƏ TƏQDİM EDİLİB

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, Azərbaycanın nazirlərindən birinin ailəsi dağılmaq üzərədir. Bu arada redaksiyamıza çox ilginc faktlar daxil olub. Mötəbər mənbələrin bildirdiklərindən belə aydın olur ki, azərbaycanlı deputatlardan birinin də ailəsi dağılıb.

Mənbə bildirir ki, həyat yoldaşı olduqca qısqanc olan millət vəkilimizin bu yaxınlarda Türkiyədə otellərin birində yerli polis işçiləri tərəfindən tutuqlanması boşanma qərarının verilməsinə nədən olub.

Xatırladaq ki, bu barədə hələ əvvəlcədən məlumat vermişdik və bildirmişdik ki, azərbaycanlı deputat Türkiyənin Antalya istirahət zonasında növbəti fühuş əməliyyatlarının birində yerli əmniyyət işçiləri tərəfindən həbs olunub. İfadəsi alındıqdan sonra həmin deputat azadlığa buraxılıb.

Onu da bildirək ki, hələ də əmin deputatın adını açıqlamırıq və o zaman da açıqlamamışdıq. Amma buna baxmayaraq, redaksiyamıza həmin deputatın kimliyinin öyrənilməsi məqsədilə onlarla zəng daxil olmuşdu.

Mənbəmiz bildirir ki, artıq həmin deputatın xanımı artıq məhkəməyə müraciət edib. Və boşanma ərizəsində reaksiyamızın yaydığı xəbər də əsas kimi göstərilib. Biz isə bildiririk ki, yazdıqlarımızda konkretşəxsin adının çəkilməməsinə söykənərək, materialımızın hansısa məhkəmə prosesində hüquqi sənəd kimi qəbul edilməsinə bəri başdan etiraz edirik.

Geri qayıt