Əsas Səhifə > Gündəm, Manşet > NARKOTİKADAN ASILI OLAN MƏMURLAR SİYAHIYA ALINIR
NARKOTİKADAN ASILI OLAN MƏMURLAR SİYAHIYA ALINIR12-10-2012, 09:26 |
ONLARIN ARASINDA DEPUTATLAR DA VAR, YÜKSƏK RANQLI MƏMURLAR DA DİA.AZ: - Bir müddət əvvəl yüksək ranqlı məmurların narkotika asılılığı ilə bağlı geniş araşdırma materiallarını diqqətinizə çatdırmışdıq. Aydın olurdu ki, hətta bu gün narkotika aludəçisi olan deputatlar və yüksək vəzifə tutan məmurlar var. Qeyd edək ki, bu barədə hətta dəfələrlə dövlət rəsmiləri də mövqelərini ortaya qoyublar. Baş nazirin müavini Əli Həsənovun açıqlamalarının birində «elə etməyin hansı məmurun, hansı məmur övladının narkotikadan müalicə aldığını açıqlayaq» şəklində xəbərdarlığına da rast gəlmişdik. İndii isə bu məsələnin xüsusi qaydada diqqətə gəlməsi barədə informasiyalar almışıq. Bu barədə DİA.AZ-a hökumət içindəki qaynaqlardan verilən xəbərdə bildirilir ki, birbaşa olaraq hakimiyyətin üst düzəyinin tələbi ilə narkotika asılılığından əziyyət çəkən məmurların konkret siyahılarının tutulması prosesinə start verilib: «Təbii ki, bu işi xüsusi xidmət orqanları həyata keçirməlidir. Bildirək ki, əvvəldən yetərincə informasiyalar var. Sadəcə olaraq, son qərarla siyahı təzələnir. Və bir əsas məqam da var ki, həmin məmurların görəvdən alınması məsələsi də gündəmə gətirilə bilər». Mənbəmiz bildirdi ki, onsuz da ölkədə narkotika alışı-satışı prosesi nəzarət altındadır. Və bu nəzarəti həyata keçirən qüvvələr hansı nazirin və yaxud da hansı deputatın narkotikdən istifadə etdiyini gözəl bilirlər: «Deməli, məsələ onların cəzalandırılmasındadır. Yoxsa siyahının tutulması ilə bağlı göstərişi başqa bir səbəblə əlaqələndirmək qeyri-mümkündür». Geri qayıt |