Əsas Səhifə > Güney Press / Manşet > DÜNYA BANKI RƏSMİ BAKIDAN KİMİN HƏBSİNİ İSTƏYİR?
DÜNYA BANKI RƏSMİ BAKIDAN KİMİN HƏBSİNİ İSTƏYİR?11-10-2012, 17:35 |
![]() ANTİKORRUPSİYA TƏDBİRLƏRİNİN ŞİDDƏTİ YETƏRLİ HESAB OLUNMUR DİA.AZ: - Bir müddət əvvəl Bakıda olan Dünya Bankıenın emissarları ilə bağlı cəmiyyətə dolğun məlumatlar ötürülməsə də, onların əslində hələ 2010-cu ildə rəsmi Bakı ilə DB arasındakı korrupsiyaya qarşı mübarizənin gedişatı ilə bağlı maraqlandıqları hər kəsə aydın idi. Belə ki, gələn qonaqların məhz bu istiqamətlə bağlı iradlar səsləndirməsi sonradan xarici mətbuata yol tapdı. Və həmin səfərin ardından prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizə üzrə daha 3 illik fəaliyyət proqramını təsdiqləməklə, sözügedən prosesdə məlum iqtisadi təşkilatın hansı dərəcədə əhəmiyyətli mövqedə dayandığını bir növ təsdiqlədi. Bəli, bu bir faktdır ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə məsələsi çox ciddi hadisə kimi qəbul edilməklə yanaşı, həm də beynəlxalq təşkilatın xüsusi diqqət mərkəzindədir. Və 2013-cü ilin prezident seçkiləri ərəfəsində İlham Əliyevin daha 3 illik mübarizə proqramını təsdiqləməsi onun və komandasının sözügedən prosesə sədaqətinin göstəricisi kimi təqdim olundu. Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, rəsmi Bakının hətta bu şəkildə davranışları belə prosesdə təkanverici, həmçinin stimulaşdırıcı əhəmiyyətini qoruyan Dünya Bankı tərəfindən qənaətbəxş hesab olunmur. Çünki ortada daha ciddi təzahürlərin seyrəkliyi nəzərəçarpacaq dərəcədə hiss olunandır. Doğrudur, bu gün iki nazir məhz iqtisadi cinayətkarlıqda ittiham olunaraq həbsdə saxlanılır. Amma bu məsələdə daha çox siyasi çaların olması faktoru rəsmi Bakının hətta В«biz Əli İnsanovla Fərhad Əliyevi məhz korrupsioner kimi mühakimə etmişikВ» iddialarını da yetərsiz edir. Diplomatik qaynaqlardan redaksiyamıza ötürülən xəbərə görə, Dünya Bankının Bakıdan bu günlərdə gedən nümayəndəliyi tərəfindən heç də Azərbaycan hakimiyyətinin ürəyincə olmayan bir hesabat hazırlanıb: В«Həmin hesabatda aşkar surətdə göstərilir ki, korrupsiyaya qarşı mübarizə yetərli deyil və ümumiyyətlə, Azərbaycanda əksər maliyyə əməliyyatlarında şəffaflıq təmin edilmirВ». Məlumatlara görə, daha çox iradlar korrupsiya ilə bağlı görülən tədbirlərdə cəzaların kəsərli olmaması və miqyasının aşağı məmur heyətiylə məhdudlaşmasıdır. Qeyd edək ki, bu iradlarla bağlı yerli mətbuatda buna qədər də müxtəlif fikirlər səslənmişdi və bildirilirdi ki, rəsmi Bakı beynəlxalq qurumları razı salmaq üçün daha ciddi məmurlardan birini qurban verməli olacaq. Bunu elə mənbəmiz də təsdiqlədi və bildirdi ki, seçkilər ərəfəsində belə bir səs-küylü cəzanın səsi duyulacaq. Geri qayıt |