Əsas Səhifə > Ölkə > BASQALDA BANKOMATI YARDILAR
BASQALDA BANKOMATI YARDILAR17-09-2011, 13:34 |
70 MİN MANATI APARDILAR Ötən gecə İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Beynəlxalq Bankının bankomatı yarılıb. Turanın xüsusi müxbirinin verdiyi məlumata görə, oğrular yerli poçtun binasına daxil olublar, bankomatı qaynaq aparatı ilə açıblar və 70 manat götürüblər. Hüquq-mühafizə orqanları baş verənlərlə bağlı heç bir şərh vermirlər. Hazırda rayonda oğruların tutulması üzrə axtarış tədbirləri həyata keçirilir. Polis gücləndirilmiş iş rejiminə keçirilib, Basqal yaxınlığında bütün nəqliyyat vasitələri yoxlanılır. Bankomatın yarılması İsmayıllı rayonunda son illər ərzində ən çox əks-səda doğuran cinayətdir. Geri qayıt |