Əsas Səhifə > Güney Press / Manşet > GÜLƏR ƏHMƏDOVANIN HÖKMÜNÜ KİM VERİB?
GÜLƏR ƏHMƏDOVANIN HÖKMÜNÜ KİM VERİB?11-10-2012, 15:22 |
![]() RAMİZ MEHDİYEV ÖLKƏDƏ YOXDUR - TƏSADÜFİ DEYİL… DİA.AZ: - Fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin yaydığı gizli videoçəkilişdən sonra hədəfə çevrilən Gülər Əhmədovanı bitirmə planı işə düşüb. Belə ki, onun bir müddət övladını hərbi xidmətdən qanunsuz olaraq saxlaması məsələsi də qabardılıb və hətta məhkəmə tərəfindən keçmiş deputatın oğlunun zorla gətirilməsi barədə qərar da verilib. Bununla bağlı DİA.AZ-a məlumat verən mənbə bildirir ki, əslində Gülər Əhmədovanın bitirilməsi prosesi bu işdə əsas hədəf kimi diqqətə gələn Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkədən getməsindən aydın idi. Dünən hakimiyyət ilk dəfə olaraq Ramiz Mehdiyevin iştirakı olmadan toplantı keçirdi. Mənbəmiz bildirir ki, Gülər Əhmədova yeganə qurban olacaq: В«Bu hadisələrin inkişaf axarından da bəllidir. Ramiz Mehdiyevə məsləhət görüldü ki, ölkəni tərk etin. Bir növ В«Axırıncı aşırımВ» filmindəki Kərbəlayının Peykanlını tərk etməsinə bənzər olaylar baş verirВ». Mənbəmiz bildirir ki, amma bu məsələdə Ramiz Mehdiyev kifayət qədər itkiyə uğrayıb: В«Artıq onun barəsində bəzilərinin uydurduğu В«hakimiyyətin ən səlahiyyətlisindən də səlahiyyətlisiВ» obrazı darmadağın edilib. Və qarşıdan gələn prezident seçkilərində prezident komandasında baş verəcək yenilənmələr də Mehdiyevin iradəsinin zərərsizləşdirilməsinin sübutu kimi diqqətə gələcəkВ». Geri qayıt |