Əsas Səhifə > Ölkə > ƏSGƏR ÖLÜMLƏRİ ARAŞDIRILIR
ƏSGƏR ÖLÜMLƏRİ ARAŞDIRILIR4-11-2011, 16:41 |
HƏRBİ PROKURORLUQ CİNAYƏT İŞİ AÇDI Azərbaycan Ordusunda əsgərlərin xəstəlikdən ölməsi faktı ilə əlaqədar cinayət işi başlanıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri, ədliyyə polkovnik-leytenantı Əfrahim Təhməzov məlumat verilib. O, qeyd edib ki, qeyd olunan ölüm faktları ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, Milli Ordunun əsgərləri - Azər Abbaszadə, Röyal Ağayev və Ruslan Kərimov xəstəlikdən dünyasını dəyişiblər. Geri qayıt |