Əsas Səhifə > Güney Press / Manşet > В«bpВ» İLƏ BAĞLI QALMAQALLI XƏBƏRLƏR ARTIR
В«bpВ» İLƏ BAĞLI QALMAQALLI XƏBƏRLƏR ARTIR11-10-2012, 14:23 |
![]() ŞİRKƏTİN AZƏRBAYCANDAKI FƏALİYYƏTİNƏ SON VERİLƏ BİLƏR DİA.AZ: - Azərbaycanda dünənə kimi adı bir çox qalmaqallarda hallandırılan В«bpВ» şirkətinə qarşı prezident tərəfindən ağır ifadələrin işlədilməsi heç də birmənalı qarşılanmayıb. Bununla bağlı DİA.AZ-a müxtəlif informasiyalar daxil olub. Mənbələrin birindən daxil olan məlumatda qeyd olunur ki, neçə müddətdir, rəsmi Bakı В«bpВ» şirkətinin yerli müxalifətlə təmaslarının olması ilə bağlı davranışları müşahidə edir və bu səbəbdən sözügedən şirkət hədəfə çevrilib: В«Buna qədər bir dəfə də olmuşdu və В«bpВ»yə qarşı YAP iqtidarının məmurları hərəkətə keçmişdi. Hətta belə bir informasiya da yayıldı ki, В«bpВ» şirkəti Azərbaycandakı fəaliyyətini könüllü şəkildə dayandırır. Lakin həmin zaman şirkətin rəhbərliyi rəsmi Bakı ilə problemlərini yoluna qoya bildilər və hətta bundan sonra ABŞ hökuməti Meksika körfəzindəki faciəli olayla bağlı В«bpВ»nin üzərinə yeriyəndə belə rəsmi Bakı həmin şirkətə dəstək olmuşduВ». Bir başqa qaynaq isə iddia edir ki, İlham Əliyev ilk günlərdən В«bpВ»nin Azərbaycandan gedişində maraqlıdır: В«İlham Əliyev prezident seçiləndən sonra bu şirkətin Bakı-Tiflis-Ceyhan neft kəmərinin texniki təhlükəsizlik və mühafizə işindəki iştirakı sıfıra endirildi. Daha sonra prezident İlham Əliyev bu şirkəti 10 milyard dollarlıq oğurluqda ittiham etmişdi. Və bu konflikt həmin zaman çox böyümüşdü. İndii isə prezident şirkətlə bağlı yekun sözünü deyib. Və belə bir fikrin seçkiqabağı ərəfədə deyilməsi, rəsmi Bakının bir çox ünvanlara ciddi siqnal göndərməsi mahiyyətini daşıyırВ». Başqa bir qaynaq isə redaksiyamıza belə bir məlumatı yollayıb ki, В«bpВ»nin Azərbaycandan çıxarılması prosesinə artıq start verilib. Prezident İlham Əliyevin bu məsələdə ciddi olduğunu bildirən mənbə onu da əlavə edib ki, hətta şirkətin Azərbaycan nümayəndəliyinə bu barədə xəbərdarlığın edildiyi də söylənilib: В«Müqavilələr belə yenilənə bilər. Və elə bir vəziyyət yaradılır ki, В«bpВ» könüllü şəkildə müqavilələri pozan tərəfə çevrilsin və bunun qarşılığında kompensasiya ödəsin. Əks halda, В«bpВ» rəsmi Bakıdan daha ciddi zərbə ala bilərВ». Geri qayıt |