Əsas Səhifə > Güney Press / Manşet > MASALLIDA MİLLİ QƏHRƏMAN AİLƏSİNƏ HÖRMƏTSİZLİK

MASALLIDA MİLLİ QƏHRƏMAN AİLƏSİNƏ HÖRMƏTSİZLİK


11-10-2012, 13:15
MASALLIDA MİLLİ QƏHRƏMAN AİLƏSİNƏ HÖRMƏTSİZLİK
DİA.AZ: - Masallı rayon Sərçüvar kəndində Azərbaycanda ilk Milli Qəhrəmanı Səfəralı Məmmədovun atası və anası övladlarının adına olan məktəbin direktoru Zahid Məmmədovdan şikayətçidir.

DİA.AZ-a danışan Milli Qəhrəmanın atası Qurban Məmmədov və Şahdəstə Məmmədova bildirirlər ki, onlar məktəbin drektoru Zahid Məmmədovdan təhsil naziri Misir Mərdanova müraciət ediblər.
Müraciətdə deyilir: Cənab Nazir! Oğlumuzun adına olan məktəbdə özbaşlanlıq baş alıb gedir. Bəzi müəllimləri işdən buraxaraq onlardan pul alır. Bizi daha çox onları narahat edən odur ki, şıdırığı alver gedən məktəbin qarşısnda bizim oğlumuzun büstü var və həmin məktəb bizim oğlumuzun adınadır.

Getdim məktəbə gördüm oğlumun büstü tikanlar arasındadır və bu büstün ətrafını təmizləmək lazımdır. Bunla bağlı drektora haqlı narazılığımı çatdırdım. O isə qəhrəman atasına və anasına bildirib ki, “Gedin işinizlə məşğul olun”. Daha sonra qəhrəmanın anasını kücə söyüşləri ilə təhqir edib. Və deyib ki, “Sənin oqlun vətən uğrunda ölməyib, sadəcə torpaqları satıb”. Daha sonra Qurban kişi bildir ki, Milli Qəhrəmanın qardaşı həmin məktəbdə müəllim kimi işləyirmiş. Qurban kişi bildirib ki, oğlu məktəbdə aldığı əmək haqqını məktəb drektoru yeyirmiş. Və məktəb drektorunun bu hərəkətlərinə görə valideynlər Prezidentə, təhsil nazirinə teleqramlar ünvanlayıblar”.

Valideynlər qeyd ediblər ki, daha sonra onlar Masallı təhsil şöbəsinin müdiri Astan İbişovla görüşərək məsələni onun diqqətinə catdırıblar. Lakin Asatan müəllimdə Milli Qəhrəmanın valideyinlərinə səslərini cixaramamaq tapşırığı verib.


MASALLIDA MİLLİ QƏHRƏMAN AİLƏSİNƏ HÖRMƏTSİZLİK Mərhum Prezident Heydər Əliyein Masallıya səfəri zamanı Milli qəhrəmanın anası ilə birgə fotosu
Geri qayıt