Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇILARININ SEÇKİQABAĞI DÖNƏM KABUSU

İCRA BAŞÇILARININ SEÇKİQABAĞI DÖNƏM KABUSU


11-10-2012, 13:07
İCRA BAŞÇILARININ SEÇKİQABAĞI DÖNƏM KABUSU
YOXLAMA GƏLİR: KİMLƏRSƏ CƏZALANA BİLƏR

DİA.AZ: - İl yarım əvvəl Prezident Administrasiyasının nəzarəti altında yerli icra strukturlarının əhali ilə davranışlarında etik qaydalara hansı dərəcədə riayət edib-etməmələri ilə bağlı yoxlamalar həyata keçirildi. Açıqlanan yekun hesabatdan da aydın oldu ki, əslində yoxlamalar daha çox kosmetik mahiyyət daşıyıb və yoxlamanı həyata keçirən şəxslər cəza kimi tənbeh xarakterli addımlarla yetiniblər.

Halbuki, buna qədər və bundan sonra baş verənlər və indinin özündə də baş verənlər təsdiqləyir ki, yerli icra strukturlarında vətəndaşlarla davranış məsələsində heç nə dəyişməyib. Yenə də insanlar intihar həddinə çatacaq qədərində icra hakimiyyətlərində münasibət görürlər.

DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlardan daxil olan informasiyalardan aydın olur ki, bir sıra icra başçılarının cəzalandırılması ilə yekunlaşacaq təftiş prosesinə hökumət içində tədarük görülməkdədir: В«Bu dəfə də etik qaydalar məsələsinə diqqət ayrılacaq, amma cəzaların daha sərt olması gözlənilir. Hətta ola bilsin ki, məhz hansısa vətəndaşı incitdiyinə görə, hansısa icra başçısı işindən azad edilsinВ».

Xatırladaq ki, birinci təftişdən sonra Qubada məlum hadisələr baş verdi və Rauf Həbibov məhz vətəndaş-icra başçısı münasibətlərini qaydasında qura bilməməsi səbəbindən vəzifəsindən alındı. Əslində həmin zaman rəsmən etiraf olunmalı idi ki, aparılan birinci yoxlama prosesi başdansovdu olub və daha çox gözdən kül üfürməyə hesablanıb. Bu həm də gözlənilən idi. Çünki hər bir icra başçısının arxasında hansısa oliqarx-məmur dayanır və bu baxımdan kiminsə cəzalandırılması real görünmürdü.

Amma bu dəfə vəziyyətin tamam fərqli olduğunu bildirən mənbəmiz vurğuladı ki, qarşıdan gələn prezident seçkilərində hakimiyyət bu kimi tədbirlərdə birbaşa maraqlıdır.

Geri qayıt