Əsas Səhifə > Ölkə, Manşet > FHN ŞEFİ MÜXALİF QÜVVƏLƏRƏ PUL BURAXIR
FHN ŞEFİ MÜXALİF QÜVVƏLƏRƏ PUL BURAXIR11-10-2012, 12:22 |
KƏMALƏDDİN HEYDƏROV HAKİMİYYƏTİN ƏLEYHİNƏ TƏBLİĞATA BAŞLAYIR? DİA.AZ: - Məlumat verərək bildirmişdik ki, 9 oktyabr tarixində saat 19.00-da keçmiş spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaş Türkiyədə bir nömrəli adamı hesab olunan Orucəli Hacıyevin qaynı Azər Əsgərovla görüşüblər. Bu gün isə bu görüşün təfərrüatları ilə bağlı DİA.AZ-a yeni informasiyalar daxil olub. Mötəbər mənbədən aldığımız xəbərə görə, görüş zamanı Rəsul Quliyevin Bakıdakı dayaqlarının maliyyələşdirilməsi məsələsi əsas olaraq müzakirə olunub. Mənbəmiz bildirir ki, Rəsul Quliyev prezident seçkilərində namizəd kimi qatılmağa hazırlaşır: «Bu baxımdan ACP liderinin Bakıdakı partiyasına və həmçinin digər dəstəkverici qüvvələrinə, mətbuatına maliyyə lazım olacaq ki, bu məsələdə FHN şefinə aid qaynaqlardan istifadə barədə anlaşma əldə olunub». Qeyd edək ki, Rəsul Quliyevin partiyasının yerləşdiyi qərargah da FHN şefinin adamına məxsusdur. Və yuxarıda qeyd olunan anlaşma Türkiyə paytaxtı Ankara şəhərində yerləşən «Rixsos» otelinin restoranında baş tutub. Onu da bildirək ki, Rəsul Quliyevin partiyası hakimiyyət içindəki Naxçıvan klanı üçün ikinci siyasi istinadgah rolunda çıxış edir. Geri qayıt |