Əsas Səhifə > Gündəm, Manşet > BAYIL UĞRUNDA HANSI MƏMURLAR MÜBARİZƏ APARIR?
BAYIL UĞRUNDA HANSI MƏMURLAR MÜBARİZƏ APARIR?11-10-2012, 09:51 |
BAYIL QƏSƏBƏSİ GƏLƏCƏYİN BAKISINDA ƏN MÜHÜM NÖQTƏ OLMALIDIR DİA.AZ: - Bu gün bir çoxları üçün qeyri-münasib yaşayış ünvanı kimi görünən Səbayel rayonunun Bayıl qəsəbəsinin gələcəyin Bakısında mühüm ünvanlardan biri kimi nəzərdə tutulması faktdır. Elə Bayıl ərazisində planlaşdırılan inşaat layihələrinin nəhəngliyindən də bunları müəyyən etmək olar. Və bu fakt həmçinin oliqarx-məmurlarımız arasında yeni münaqişə predmetinə çevrilməkdədir. Bununla bağlı DİA.AZ-a hökumət içindəki qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, Bayıl qəsəbəsində 3 məmura məxsus şirkətlər inşaat işləri həyata keçirməlidir: «Əvvəldən Bayılda əsas monapoliya Bəylər Əyyubova məxsus olub və hazırda Bəylər Əyyubovun qəsəbə ərazisində iki oteli və digər obyektləri fəaliyyət göstərir. Amma indi paylaşma zamanıdır və həmin əraziyə iddialılar sırasına fövqəladə hallar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədov da qoşulub». Artıq Bayılda söküntü işlərinin start götürdüyünü bildirən mənbəmiz bildirdi ki, ilk start düyməsini basan prezidentin şəxsi mühafizə xidmətinin rəisidir: «Bəylər Əyyubovdan fərqli olaraq hələ Kəmaləddin Heydərovla Ziya Məmmədov hansı ərazilərdə hökmranlıq edəcəklərini müəyyənləşdir bilməyiblər. Ona görə də Bayılda söküntü işləri yubanmaqdadır». Bunun səbəblərini izah edən mənbəmiz bildirdi ki, əslində nazirlərin davası Dövlət Bayraq Meydanına yaxın ərazilərə kimin nəzarət edəcəyi ilə bağlıdır: «Təbii ki, həmin ərazilərdə tikilən yaşayış və digər məqsədli tikililərin qiyməti də baha olacaq. Elə buna görə də nazirlər indidən böyük pulların davasını döyürlər». Geri qayıt |