Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: MASALLIDA QEYRİ-ADİ TOY BƏYİ ŞİKƏST QOYDU
ŞOK: MASALLIDA QEYRİ-ADİ TOY BƏYİ ŞİKƏST QOYDU10-10-2012, 16:01 |
![]() DİA.AZ: - Ötən şənbə günü, oktyabrın 6-da Masallı rayonunun Boradigah qəsəbəsindəki “Aynur” Şadlıq Zalında xoşagəlməz hadisə baş verib. Lənkəran rayonunun Zövlə kəndindən gəlib burada həmkəndliləri üçün toy gənclər şənliyin ortasında bəyi şadyanalıqdan yuxarı atıb-tutublar. Rayondakı qaynaqlardan DİA.AZ-a daxil olan məlumatda deyilir ki, növbəti “tullanışların” birində hamı bir-birinə arxayın olduğundan heç kim yuxarı atdıqları bəyi tutmayıb. Nəticədə ailənin yeganə övladı olan bəy sürətli yerə çırpılıb və o, qolu sınmaqla bir neçə yerdən xəsarət alıb. Vəziyyət o qədər ağır olub ki, onu gecə ilə Masallı Mərkəzi Xəstəxanasına gətiriblər, burada xəstəyə əlac olmadığından daha sonra o Bakıya aparılıb. Onu da bildirək ki, bəy Türkiyədə təhsil alıb. Geri qayıt |