Əsas Səhifə > Hadisə > MİSİR MƏRDANOVUN SABİQ MÜAVİNİ ÜZƏ ÇIXDI

MİSİR MƏRDANOVUN SABİQ MÜAVİNİ ÜZƏ ÇIXDI


4-11-2011, 15:48
MİSİR MƏRDANOVUN SABİQ MÜAVİNİ ÜZƏ ÇIXDI

ELMAR QASIMOV TN ŞEFİ POSTUNA NAMİZƏD İDİ

Bakı Biznes Mərkəzində Azərbaycanın futbol çempionatının - Unibank Premyer Liqasının 2010-2011-ci il mövsümünün qalibi olmuş komandaların mükafatlandırma mərasimi keçirilib.
Modern.az saytının məlumatına görə, mərasimdə iştirak edənlər arasında təhsil nazirinin sabiq müavini Elmar Qasımov da olub.

Qeyd edək ki, Elmar Qsımov bu tədbirə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvü kimi qatılıb.

Elmar Qasımov sentyabrın 14-də ölkə başçısının müvafiq sərəncamı təhsil nazirinin müavini postundan azad edilib. Baş nazir Artur Rasizadənin dünən imzaladığı qərarla isə E.Qasımov Təhsil Nazirliyinin kollegiya üzvlüyündən də çıxarılıb.

Nazir müavini postundan istefaya göndərilən E.Qasımov son vaxtlar görünmürdü.

Bəzi məlumatlara görə, E.Qasımov təhsil naziri postuna iddiasının qurbanı olub. Bununla bağlı məlumatlarda qeyd olunur ki, E.Qasımov nazir postuna iddiasını hətta açıq şəkildə biruzə verməsi ona baha başa gəlib.
Hazırda heç bir rəsmi vəzifə tutmayan sabiq nazir müavini AFFA İcraiyyə Komitəsinin üzvüdür.

Elmar Qasımov 1999-cu ildən təhsil nazirinin müavini kürsüsündə əyləşirdi. 12 il vəzifə kreslosunu dəyişməyən sabiq nazir müavini Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.


Geri qayıt