Əsas Səhifə > Ölkə > SURƏT HÜSEYNOV ELMAR VƏLİYEVLƏ NECƏ ANLAŞDI?
SURƏT HÜSEYNOV ELMAR VƏLİYEVLƏ NECƏ ANLAŞDI?10-10-2012, 11:46 |
KEÇMİŞ BAŞ NAZİR İCRA BAŞÇISINI “SINDIRIB”? Sabiq baş nazir Surət Hüseynov Gəncə şəhərinin icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə anlaşıb. GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, sabiq baş nazir sentyabr ayında artıq Gəncə şəhərində məskunlaşıb. Onun Yevlax un Zavodunda da əsas payçı olmasında Gəncənin icra başçısının «müstəsna» xidmətlərinin olduğu söylənilir. Lakin Surət Hüseynovun missiyası bununla da başa çatmayıb. Məlumata əsasən sabiq baş nazir bu ilin yanvar-fevral aylarında siyasətə qayıtmaqla bağlı olaraq qərar verib. Lakin ilin ortalarından etibarən hakimiyyət dairələrində sabiq nazirin bu təşəbbüsündən xəbər tutulub. Bundan sonra isə dərhal Surət Hüseynova qarşı xəbərdarlıqlar edilməyə başlayıb. Hətta bir neçə ay bundan önc sabiq baş nazirin oğlunun həbs edilməsi də bu təzyiqlərin bir hissəsi olaraq xarakterizə edilir. Məlumata əsasən 15 günlük azadlıqdan məhrum edilən sabiq baş nazir oğlunun hətta sonradan başqa maddələrlə uzunmüddətli həbsə atıla biləcəyi xəbərdarlığı da edilibmiş. Lakin Surət Hüseynov oğlunun azadlığa çıxması müqabilində üzərinə mühim bir missiya götürməklə bağlı vasitəçilik edən icra başçısı Elmar Vəliyev qarşısında öhdəlik də götürüb. Gundeminfo-ya danışan mənbə bildirir ki, baş nazir qarşıdan gələn prezident seçkilərinə qədər I Qarabağ savaşında iştirak etmiş və müxalif mövqedə olan döyüşçüülərə himayədarlıq edəcəyi vədini verib. Ardından da Surət Hüseynov seçkilər dövründə məhz həmin himayəsində olan şəxslərlə prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini vəd edib. Maraqlıdır ki, Surət Hüseynov bu missiyasını çox gizli şəkildə həyata keçirir. Hətta səhhətindəki problemlər səbəbindən tez-tez Rusiyaya yollanan baş nazir şimal ölkəsində biznes qurduğunu bildirir və məhz bu məqsədlə də döyüşçülərin himayədarlığını ən yaxın adamlarından birinə həvalə edib. Geri qayıt |