Əsas Səhifə > Hadisə > TƏRTƏRDƏ TOYDA KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

TƏRTƏRDƏ TOYDA KÜTLƏVİ ZƏHƏRLƏNMƏ


10-10-2012, 09:30
TƏRTƏRDƏ TOYDA KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
48 NƏFƏR BİR TOYDAN XƏSTƏXANAYA APARILIB

Tərtərdə toy mərasimində kütləvi zəhərlənmə baş verib.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə dünən axşam rayonun Ələsgərli kənd sakini Qoşqar Əliyevin oğlunun toy mərasimində olub. Günorta ssaatlarında başlayan mərasimdə iştirak edənlərdən bir hissəsi qusma, yüksək hərarət , şikaətləri ilə Tərtər mərkəzi xəstaxanasına müraciət edib.

Ümumilikdə toydakı qonaqlardan bəy də daxil olmaqla 48 nəfər xəstəxanaya gətirilib. Tərtər MRX-dan verilən məlumata görə, ilkin tibbi yardım aldıqdan sonra onlar evə buraxılıblar. Hazırda xəstəanada 6 nəfər müalicə alır və onların vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Tərtər rayon polis şöbəsində CM 200.4 maddəsiylə cinayət işi açılıb.

Geri qayıt