Əsas Səhifə > Gündəm, Manşet > TÜRKİYƏNİN BAŞ KƏNDİNDƏ GİZLİ SİYASİ BULUŞMA

TÜRKİYƏNİN BAŞ KƏNDİNDƏ GİZLİ SİYASİ BULUŞMA


10-10-2012, 08:58
TÜRKİYƏNİN BAŞ KƏNDİNDƏ GİZLİ SİYASİ BULUŞMA
KƏMALƏDDİN HEYDƏROVUN ADAMI RƏSUL QULİYEVLƏ EYNİ MASADA GÖRÜNDÜ

DİA.AZ: - Son zamanlar yenidən fəallaşan keçmiş spiker Rəsul Quliyevin hakimiyyət içində müəyyən çevrələrin dəstəyini gördüyünü yerli mətbuatımız dəfələrlə yazsa da, bu məsələdə rəsmi dairələrin əsəbi təkziblərini hər zaman müşahidə etmişik. Amma bütün bunlara baxmayaraq, iqtidar düşərgəsində hələ də Rəsul Quliyevlə əlaqələrini qorumaqda olan məmurlar var və ekspertlərin qənaətinə görə, həmin qüvvələr ABŞ-da siyasi mühacir həyatını yaşayan Açıq Cəmiyyət Partiyasının liderinə ehtiyat variant kimi baxırlar. Yəni Rəsul Quliyev onlar üçün bir növ YAP iqtidarının gedişindən sonra da ayaqda dura bilmələri üçün «ehtiyat enmə zolağı» əhəmiyyətindədir.

Onu da xatırladaq ki, keçmiş spikerin özü də açıqlamalarında dolayı da olsa bu kimi əlaqələrinin varlığından danışıb. Digər tərəfdən isə, Rəsul Quliyevin zamanında bu iqtidarın bünövrəsini atan fiqurlardan biri olması faktı da əsas yaradır ki, onun hakimiyyət daxilində yetərincə adamlarının, rabitəsini itirməyən bağlarının olduğunu söyləyəsən.

Deyəsən, bu mövzu cəmiyyətimiz üçün də maraqlı olduğundan DİA.AZ-ın elektron poçtuna maraqlı bir informasiya göndərilib. Məlumatı verən qaynaq iddia edir ki, dünən saat 19.00 radələrində Rəsul Quliyevlə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaş Türkiyədəki bir nömrəli adamı hesab olunan Orucəli Hacıyevin qaynı Azər Əsgərovla gizli görüşü olub.

Mənbə bildirir ki, Azər Əsgərov eyni zamanda Açıq Cəmiyyət Partiyasının yerləşdiyi qərargahın sahibidir: «Sözsüz ki, bu görüşmədən həm Kəmaləddin Heydərovun və həm də Orucəli Hacıyevin xəbəri var». Bu gümandan yola çıxan mənbəmiz bildirir ki, 2 saat çəkən görüşmə Ankarada yerləşən «Rixsos» otelinin restoranında baş tutub.

Onu da xatırladaq ki, keçmiş müsavatçı Sülhəddin Əkbərin Rəsul Quliyevin təşkilatına sədr getməsindən sonra ACP-nin Kəmaləddin Heydərovun nəzarəti altına keçməsi haqda mətbuatda fikirlər yayıldı. Amma daha çox görünəni odur ki, ACP artıq Naxçıvan klanı üçün bir siyasi duruşma mərkəzi funksiyasını oynamaqdadır. Bu klanın isə həm müxalifətdə və həm də hakimiyyətdə çox ciddi kökləri var. Qeyd edək ki, bir ara Kəmaləddin Heydərovun yeni martiya yaratmaq fikrinə düşdüyü bildirilirdi. Və bütün bu məsələlərdən belə bir qənaət əldə etmək olar ki, elə FHN şefinin partiyası ACP-dir.

Geri qayıt