Əsas Səhifə > Güney Press / Manşet > FARS-MOLLA REJİMİ CÜMƏ AKSİYASINA SAHİB ÇIXDI

FARS-MOLLA REJİMİ CÜMƏ AKSİYASINA SAHİB ÇIXDI


9-10-2012, 17:24
FARS-MOLLA REJİMİ CÜMƏ AKSİYASINA SAHİB ÇIXDI
DİA.AZ: - Əslində keçən həftənin cümə günü Bakıda - Təhsil Nazirliyinin qarşısında baş verən qanlı aksiyaya fars-molla rejiminin hər hansı reaksiya verməməsi anlaşılan deyildi. Doğrudur, burada Azərbaycan İslam Partiyasından gələn В«bizim xəbərimiz yoxdurВ» açıqlaması da kifayət qədər şübhə doğurmuşdu. Bunun ardından isə qoyulan xəttə rəsmi Bakıdan adekvat reaksiyanın verilməsi və polislərin döyüldüyü aksiyanın təşkilatçılarının Suriaya bağlanma cəhdləri də diqqətdən yayınmadı.

Lakin sonna qədər səbr olunmadı və fars-molla mətbuatında keçən həftənin cümə günü baş verən aksiyanı vəfs edən material yerləşdirildi. DİA.AZ bildirir ki, aşağıda təqdim etdiyimiz material İranın xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən В«arannyusВ» portalında yer alıb:

В«Hicab qadağasından qəzəbləri coşmuş bir dəstə gənc ürəyini Canana bağlamış və təpədən-dırnağacan silahlanmış polis və təhlükəsizlik qüvvələrindən qorxunu ürəklərinə yol vermədən "Hicaba Azadlıq" deyə haray çəkirdilər. Onlar məzlumcasına yaralanır və həbs edilirdi!

Cümə, həmişə zühuru xatırladır. Bir zühur ki, onun sayəsində zülm məhv ediləcək və onun yerinə dünyada ədalət bərqərar olacaq. Həmin ədalət ki, illərdir ki, yer üzünü tərk etmiş və təkcə şairlərin qəzəllərinin mövzusuna çevrilmişdir.

Cümə həmişə zühuru xatırladıb. Bir zühur ki, onda insanların boğulmuş qəzəbləri püskürəcək və bütün zülm və sitəmləri öz tufanlı dalğalarında boğacaqdır.

Cümə həmişə zühuru xatırladıb. Bir zühur ki, məzlumların hakimiyyətinin başlanğıcıdır. O hökumət ki, müntəzir bəndələrə haqq verilmiş vəddir.

Cümə həmişə zühuru xatırladıb. Bir zühur ki, onun gerçəkləşməsi üçün gərək zəminə yaradasan.

Bəli, zühurdan qabaqkı hər bir cümə özü üçün bir zühurdur. Zühur üçün bir zühur!

Qeyrət və şücaətin şölələnməsi üçün bir zühur.

Hazır olmağı bildirmək üçün bir zühur.

Keçən cümə dünyanın ikinci şiə ölkəsinin paytaxtı Bakıda bəlkə də zühur cüməsi idi!

Hicab qadağasından qəzəbləri coşmuş bir dəstə gənc ürəyini Canana bağlamış və təpədən-dırnağacan silahlanmış polis və təhlükəsizlik qüvvələrindən qorxunu ürəklərinə yol vermədən "Hicaba Azadlıq" deyə haray çəkirdilər. Onlar məzlumcasına yaralanır və həbs edilirdi!

Şübhəsiz, onlar vəd edilmiş cümənin fikirindədirlər!

Cümələrin birində can gələcəkdir

Eşqin dərdinə dərman gələcəkdir.

Ürək evlərinizin tozunu alın

Çün, bu evə mehman gələcəkdir.

Əllahümmə əccil livəliyyikəl-fərəcВ».

Geri qayıt