Əsas Səhifə > Güney Press / Manşet > SƏFƏR ƏBİYEV YENİDƏN HƏDƏFƏ ÇEVRİLMƏKDƏDİR

SƏFƏR ƏBİYEV YENİDƏN HƏDƏFƏ ÇEVRİLMƏKDƏDİR


9-10-2012, 16:04
SƏFƏR ƏBİYEV YENİDƏN HƏDƏFƏ ÇEVRİLMƏKDƏDİR
MÜDAFİƏ NAZİRİNƏ QARŞI KAMPANİYANI KİM APARIR?

DİA.AZ: - Bir müddət əvvəl mətbuatda belə bir məlumat yayıldı ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Müdafiə Naziri postuna gələ bilməsi üçün hərəkətə keçib. Bu barədə yayılan xəbərlərdə qeyd olunurdu ki, bu işdə hətta xidmət rəisinə qudası fövqəladə hallar naziri Kəmaləddin Heydərov da dəstək olmaqdadır.

Bununla bağlı DİA.AZ-a daxil olan yeni məlumatlardan aydın olur ki, Elçin Quliyev В«cəbhəsiВ» yenidən fəallaşıb və Səfər Əbiyevin devrilməsi üçün hərəkətə keçib. Mənbənin söylədikləri: В«Bu dəfə nazirə qarşı müharibə veteranlarının qaldırılması düşünülür. Belə ki, Qarabağ müharibəsi iştirakçılarının əksəriyyətinin sosial problemlər içində boğulmasının səbəbkarı kimi məhz Səfər Əbiyev göstəriləcək təbliğat materialların mətbuata ötürülməsi qərara alınıbВ».

Mənbəmiz bildirir ki, həmin materialların biri artıq redaksiyalar arasında dağıdılıb: В«Məqalədə bildirilir ki, Müdafiə Nazirliyi əgər orduda qulluq edənlərə cavabdehdirsə, orduda xəsarət alanlara, müharibədə iştirak edənlərə də məsuliyyət daşıyır, onların həyatının sonrakı mərhələsi ilə maraqlanmaq zorundadırВ».

Yəni bu məntiqlə Səfər Əbiyevin üzərinə yerimələri üçün bəzi mətbu orqanlara xüsusi təlimatlar verilib.

Onu da bildirək ki, Səfər Əbiyevə qarşı artıq neçə gündür ki, kampaniya aparılır və hətta bu olaylara Müdafiə Nazirliyi rəsmiləri də üstüörtülü şəkildə cavab verərək, məqalə müəlliflərinin arxasında hansısa maraqlı qüvvələrin olmasına işarə ediblər.

Geri qayıt