Əsas Səhifə > Güney Press / Manşet > AZƏRBAYCANDA TƏRİQƏT DAVASI SALMAQ İSTƏYİRLƏR

AZƏRBAYCANDA TƏRİQƏT DAVASI SALMAQ İSTƏYİRLƏR


9-10-2012, 15:14
AZƏRBAYCANDA TƏRİQƏT DAVASI SALMAQ İSTƏYİRLƏR
HƏLƏLİK BU DAVA В«FASEBOOKВ»DA BAŞLAYIB…

DİA.AZ: - Son zamanlar sosial şəbəkələrdə vəhabilərlə radikal şiələr arasında toqquşmalar daha da intensivləşib. Hələlik fikir müstəvisində olan bu qarşıdurmanın enində-sonunda yumruq davasına çevrilmə ehtimalları da yüksəkdir. Ən azından müşahidələrimiz belə deməyə əsas yaradır.

Onu da bildirək ki, vəhabilər öz prinsipləri ilə şiələrin canını özlərinə halal hesab edirlər. Yəni onların məşhur В«sünnünün malı, şiənin canı halalımızdırВ» ifadəsi xeyli populyardır. DİA.AZ bildirir ki, bu gün В«FasebookВ»da iki dindar arasında olduqca ciddi mübahisə düşüb. Bildirək ki, etika xətrinət onların kimlikləri barədə dolğun məlumat vermirik, sadəcə olaraq bildiririk ki, həmin şəxslərdən biri şiə cameəsində olduqca populyardır.

Qeyd edək ki, В«FasebookВ»da əvvəlcə normal səviyyədə bir-birilə mübahisə edən dindarlar sonradan söyüşə keçəsi olublar və hətta bir-birilərinə В«razborkaВ» üçün görüş də təyin ediblər.

Hər halda, son günlər bu iki cameə arasındakı gərginlik aşkar surətdə hiss olunur və bu toqquşmaların olduqca arzuolunmaz hadisələrə gətirib çıxacağı heç şübhəsizdir.

Geri qayıt