Əsas Səhifə > Cəmiyyət, Manşet > HANSI OLİQARX MƏMURLARI SÜRPRİZ GÖZLƏYİR?

HANSI OLİQARX MƏMURLARI SÜRPRİZ GÖZLƏYİR?


9-10-2012, 14:10
HANSI OLİQARX MƏMURLARI SÜRPRİZ GÖZLƏYİR?
“TƏHKİMÇİ” MƏMURLARIN BİR ÇOXU CƏZALANDIRILACAQ

DİA.AZ: - Azərbaycan rayonlarının hakimiyyətin yuxarı eşalonunda təmsil olunan məmurlar arasında bölündüyü hər kəsə bəllidir. Yəni, hər bir rayon hansısa məmurun kurasiyasına verilir. Həmin məmur da üzərinə müəyyən öhdəliklər götürür. Məsələn, rayonun abadlaşdırılması, iş yerlərinin açılması və s. "Təhkimçi məmur" bu işlərin gedişi ilə ciddi maraqlanmalı, vaxtaşırı kurasiyasında olduğu rayona səfərlər etməli və baş verənlərlə bağlı dövlət başçısına məlumat verməlidir. Artıq iş o yerə çatıb ki, təhkimçi məmurlar üzərinə düşən öhdəlikləri yerinə yetirmirlər. Bu isə onsuz da pis vəziyyətdə olan rayonların daha da acınacaqlı duruma düşməsi ilə nəticələnib.

DİA.AZ bildirir ki, bu barədə "AzeriNews.org" portalı məlumat yayıb. Portala daxil olan məmlumatlarda bildirilir ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın bir sıra rayonlarında özbaşınalıqları ilə ad çıxaran bir neçə məmurları cəzalandıracaq. Mənbənin sözlərinə görə, bu yaxınlarda prezident rayonlardakı vəziyyətlə bağlı müşavirə keçirəcək. Elə həmin müşavirədə də bir çox "təhkimçi məmurların" kitabı bağlanacaq. Hal hazırda isə kimin hədəfə gələcəyi məlum deyil. Lakin həmin məmurlar barəsində Prezident Administrasiyası kifayət qədər məlumatlıdır.

Geri qayıt