Əsas Səhifə > Ölkə, Manşet > İRAN AGENTURASI BAKIDA TƏXRİBAT HAZIRLAYIR
İRAN AGENTURASI BAKIDA TƏXRİBAT HAZIRLAYIR9-10-2012, 12:10 |
BU DƏFƏ PARLAMENTİN QARŞISI SEÇİLİB DİA.AZ: - Onlarla polis əməkdaşının xüsusi amansızlıqla döyüldüyü 5 oktyabr aksiyasının cəmiyyətdə yaratdığı şok aradan qalxmamış, İranın xüsusi xidmət orqanlarının Bakıda yeni təxribata tədarük görməsi barədə məlumatlar yayılıb. Belə ki, «Fasebook» sosial şəbəkəsində də bir qrup dindarın yazdığı statuslardan növbəti aksiyanın keçiriləcəyini təxmin etmək olar. Bununla bağlı DİA.AZ-ın elektron ünvanına anonim olaraq ötürülən informasiyada bildirilir ki, Bakıda ciddi dayaqları olan İran agenturası növbəti etiraz aksiyasına hazırlaşır: «Bu dəfə etiraz aksiyası parlamentin qarşısında ola bilər. Çox güman ayın ortalarında belə bir aksiyanı həyata keçirəcəklər və 5 oktyabr hadisəsində olduğu kimi, yenə də ciddi tədarük görürlər». Onu da bildirək ki, 5 oktyabr hadisələrinə görə 32 nəfərə qarşı cinayət işi açılıb. Maraqlı isə orasıdır ki, rəsmi qaynaqlar bu aksiyanı Suriaya calamaq təşəbbüslərini ortaya qoydular. Belə ki, aksiyanın təşkilatçılarının Suriyada dini təhsil aldıqlarını iddia etməklə, bu versiyanı ictimailəşdirdilər. Amma fakt faktlığında qalır ki, 5 oktyabr aksiyasında bütün əlamətlər İranı nişan göstərir. Rəsmi qaynaqların bu barədə iz azdırma cəhdlərini isə İran prezidenti Əhmədinejadın Bakı səfəri öncəsi vəziyyəti mürəkkəbləşdirməmə cəhdi kimi qiymətləndirmək olar. Onu da qeyd edək ki, siyasi müxalifət də parlamentin qarşısına 13 oktyabr tarixində yürüş etməyi planlaşdırır. Geri qayıt |