Əsas Səhifə > Siyasət, Manşet > CAVİD QURBANOVUN MƏŞHUR «KASSİRİ» HƏBS OLUNUB

CAVİD QURBANOVUN MƏŞHUR «KASSİRİ» HƏBS OLUNUB


9-10-2012, 11:32
CAVİD QURBANOVUN MƏŞHUR «KASSİRİ» HƏBS OLUNUB
MAHİR LƏNKƏRANLI HƏBSDƏN QISA MÜDDƏT SONRA DƏRHAL AZAD EDİLİB

DİA.AZ: - Bir müddət əvvəl haqqında yayılan şok məlumatlarla diqqətə gələn «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovun sürücüsü Mahir Lənkəranlının həbs olunduğu və sonradan da azad edildiyi haqda xəbərlər yayılıb. Bu ilginc faktı redaksiyamıza hökumət içindəki qaynaqlar ötürüb.

Xatırladaq ki, Mahir Lənkəranlı Cavid Qurbanovun sürücüsü kimi təqdim olunsa da, onun əslində deputatın gizli maliyyə işləri sahəsində əsas adamı olduğu, yəni «kassir» funksiyasını icra etdiyi söylənilir. İranın xüsusi xidmət orqanları ilə əlaqədə olan Mahir Lənkəranlı bu əlaqələrinə sədaqətinin nəticəsi olaraq Cavid Qurbanovun vasitəsilə nəqliyyat nazirliyinin 8 mühüm yol tikintisi işinin podratı İran İslam İnqilabı Keşikçilərinin Korpusunun generalı olmuş şəxslərdən birinin qardaşına aid şirkətə həvalə edilib. Və ən maraqlısı isə odur ki, bütün bu proseslərdən Cavid Qurbanovun çox ciddi qazancla çıxdığı söylənilir. Arada zavala gedən isə adı məşhur «Vikiliks» təşkilatının açıqladığı məxfi sənədlərdə İranla qoşa çəkilən nəqliyyat naziri Ziya Məmmədov olub.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, Mahir Lənkəranlı iki gün əvvəl yerli hüquq-mühafizə orqanları tərəfindən tam təsadüfən, restoranların birində baş verən dava səbəbindən həbs olunub: «Həmin davada Mahir Lənkəranlı iştirakçı olmasa da, o da saxlanılıb. Amma qısa müddətdən sonra daxil olan telefon zəngi Mahir Lənkəranlının dərhal azad edilməsi ilə nəticələnib».

Bu isə o deməkdir ki, Mahir Lənkəranlını əməlli-başlı mühafizə edən Cavid Qurbanov onun ölkədən getməsi ilə bağlı xəbərləri məqsədli olaraq yayır.

Geri qayıt