Əsas Səhifə > Gündəm, Manşet > KONSTİTUSİYA MƏHKƏMƏSİNİN YENİ HAKİMİ BƏLLİ OLDU

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN YENİ HAKİMİ BƏLLİ OLDU


9-10-2012, 10:15
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN YENİ HAKİMİ BƏLLİ OLDU
PREZİDENT MAHUR MURADOVLA BAĞLI TƏQDİMATI MİLLİ MƏCLİSƏ YOLLAYIB

DİA.AZ: - Məlum olduğu kimi, prezident İlham Əliyev Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayevin səlahiyyətlərinə xitam verilməsi haqqında sərəncam imzalayıb. Qeyd olunur ki, F. Babayevin səlahiyyətlərinə öz ərizəsinə əsasən xitam verilib.

DİA.AZ-ın əldə eydiyi məlumatlardan isə aydın olur ki, artıq Fikrət Babayevin yerinə təyin ediləcək şəxsin kimliyi məlumdur. Həmin posta Bakı şəhərinin Nizami rayonunun prokuroru vəzifəsini tutan Mahir Muradovun təyin ediləcəyi söylənilir.

Bu barədə danışan bilgili mənbə iddia edir ki, Heydər Əliyev Fondunun prezidenti, birinci ledi Mehriban xanım Əliyevanın doğma xalası oğlu olan Mahir Muradovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsiylə bağlı təqdimat prezident İlham Əliyev tərəfindən edilib. Müvafiq sənəd Prezidentin imzası ilə Milli Məclisin müzakirəsinə verilib. Parlament məsələyə növbəti plenar iclasda baxacaq.

Qeyd edək ki, Muradov Mahir Cümşüd oğlu 1956-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə Məhkəmə-Tibb Ekspertizası İnstitutunda laborant kimi başlayıb. Digər qurumlarda müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ildən paytaxtın Nizami rayonunun prokurorudur. 2006-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunub.

Geri qayıt