Əsas Səhifə > Hadisə > BAKIDA 20 YAŞLI GƏNCİN MEYİTİ TAPILIB

BAKIDA 20 YAŞLI GƏNCİN MEYİTİ TAPILIB


9-10-2012, 09:57
BAKIDA 20 YAŞLI GƏNCİN MEYİTİ TAPILIB
ONUN HANSI ŞƏRAİTDƏ ÖLDÜYÜ BİLİNMİR

Bakıda 20 yaşlı oğlan naməlum şəraitdə ölüb. Bu barədə APA-ya Nəsimi rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, ötən gecə rayonun Füzuli küçəsi, 53 ünvanında yerləşən binanın şaxtasında 20 yaşlı oğlanın meyiti tapılıb. Onun üzərində xəsarət aşkar edilməyib.

Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Geri qayıt