Əsas Səhifə > Siyasət, Manşet > QARADAĞDA VƏZİYYƏT QARIŞIB: FƏHLƏ ETİRAZI
QARADAĞDA VƏZİYYƏT QARIŞIB: FƏHLƏ ETİRAZI9-10-2012, 09:17 |
SÜLEYMAN MİKAYILOVUN 3 MƏNBƏDƏN GÖRDÜYÜ İŞİN BƏRBADLIĞI DİA.AZ: - Dünən Qaradağda vəziyyət qarışıb. Bu barədə DİA.AZ-a rayon sakinlərindən biri məlumat verib. Xəbərdə deyilir ki,t icra başçısı Süleyman Mikayılovun Qaradağda magistral yolun ətrafında aylardır inşa etdirdiyi və yerli sakinlər tərəfindən «Berlin divarı» kimi adlandırılan məşhur hasarların tikintisində çalışan fəhlələr aylardır maaşlarını ala bilmədiklərindən dünən axşam saatlarında magistral yolu kəsməyə cəhd ediblər. Mənbəmizin sözlərinə görə, bir neçə fəhlə isə haqqını tələb etmək üçün maşınların sürətlə şütüməsinə baxmayaraq, yolun ortasında yerə uzanıb: «Bu zaman 30-a yaxın polis əməkdaşı hadisə yerinə gəlib və onlar zorlə fəhlələri ərazidən uzaqlaşdırmağa çalışıblar. Bu zaman fəhlələrlə polis arasında mübahisə xarakterli toqquşma olub». Məlumatlarda o da deyilir ki, artıq neçənci dəfədir ki, həmin fəhlələr öz etirazlarını bu şəkildə ifadə edirlər. Onu da bildirək ki, əslində bütün bunlar Qaradağın «Çakır» ayamalı icra başçısının işləklərinin nəticəsidir. Həmin hasarların isə nəyə xidmət etməsi barədə də dəfələrlə yazmışıq. Belə ki, Qaradağı ikiyə bölən bu hasarlar ərazidəki ticarət obyektlərinin qarşısını kəsib. Bu azmış kimi, yerli sakinlərin məktəblə, xəstəxana ilə kontaktları da kəsilib. Hasarlarda isə yalnız başçıya 30 min manat pul verən sahibkarın obyektinin yanında girih-çıxış qapısı yerləşdirilib. Yəni bu hasarlama siyasəti ilə başçı əməlli-başlı gəlir əldə etsə də, işlətdiyi fəhlələrin maaşlarını vermək fikrində deyil. Bu arada Qaradağdan redaksiyamıza bir başqa məlumat da daxil olub. Xatırladaq ki, bir müddət əvvəl icra başçısının daha bir yeyinti faktının üstünü açmışdıq. Belə ki, gələn məlumatlardan Qaradağın rəhbərinin bir inşaat proyektindən 3 qat xeyir götürdüyü məlum olmuşdu. Xatırladaq ki, Süleyman Mikayılov mətbuata açıqlamasında rayondakı Heydər Əliyev parkının ətrafında yerləşən yaşayış binalarının fasadlarının, dam örtüklərinin dəyişdirilməsinin dövlətin müvafiq abadlaşdırma proqramı əsasında həyata keçirildiyini vurğulayıb. Bununla bağlı danışan mənbəmiz isə aşağıdakıları söyləmişdi: «Başçı burada yalan danışıb. Çünki həmin binalar Dövlət Nefti Şirkətinin balansındadır. Yəni ARDNŞ-nin pulu qurtarıbmı ki, onun binalarını Süleyman Mikayılov təmir etdirir. Halbuki Dövlət Neft Şirkəti tərəfindən həmin binaların təmirinə kifayət qədər maliyyə vəsaiti ayrılıb. Bu da bir yana. Həmin binaların fasadları üzlük piltələrlə üzlənsə də, bu zaman üç mənbədən istifadə olunub. Biri, ölkə prezidentinin Bakı və onun ətraf qəsəbələrinin abadlaşdırılması üçün ayırdığı maliyyə vəsaiti hesabına, digər mənbə, Dövlət Neft Şirkəti tərəfindən ayrılan maliyyə vəsaiti hesabına, üçüncüsü isə yerli sahibkarlardan toplanmış üzlük piltə və maliyyə hesabına. Hər halda, bu üç maliyyə qaynağının heç birinin Süleyman Mikayılova aidiyyatı yoxdur və buradan da aydın olur ki, icra başçısı bir mənbə ilə işi görüb, yerdə qalan iki mənbənin ayırdığı vəsaiti isə mənimsəyib». Redaksiyamıza daxilt olan son məlumatlardan isə aydın olur ki, hətta bu halda belə görülən iş keyfiyyətsiz olub. Belə ki, Qaradağ sakinləri artıq həmini binaların yenilən fasadlarına vurulani üzlüklər qopub tökülməkdədir. Bu barədə məlumatı verən mənbə iddia edir ki, 3 mənbədən qidalanan inşaat zamanı da fəhlələrin pulunun kəsilməsi səbəbindən onlar işi keyfiyyətsiz görməklə, öz etirazlarını bildiriblər. İndii isə həmin etirazın nəticəsi özünü göstərir. Geri qayıt |