Əsas Səhifə > Güney Press / Manşet > XAÇMAZDA В«XANBABAYEV GESTAPOSUВ»

XAÇMAZDA В«XANBABAYEV GESTAPOSUВ»


8-10-2012, 18:09
XAÇMAZDA В«XANBABAYEV GESTAPOSUВ»
NARAZI VƏTƏNDAŞLAR AÇIĞA ÇIXMAQDAN QORXUR

DİA.AZ: - Xaçmaz rayonu ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub. DİA.AZ-a göndərdiyi məktubunda Mürsəl Həsənov (şikayətçi adının anonim olduğunu qeyd edir və bunun səbəbini təzyiqlərə məruz qala biləcəyi ilə izahlayır -red.) adlı Xaçmaz sakini bildirir ki, o, uzun illər rayonda sahibkarlıqla məşğul olsa da, Şəmsəddin Xanbabayevin rayona başçı gəlməsindən sonra günü göy əskiyə bürünüb.

Hikayətçi yazır: В«Xaçmazda durum çox acınacaqlıdır. Qubada icra başçısını narazı camaat devirə bildi. Amma Xaçmazda bu qeyri-mümkündür. Çünki icra başçısı birbaşa olaraq hakimiyyətin ən güclü qanadlarından birinin himayəsi altındadır. Mən onların adını belə çəkməyə qorxuram. Çünki məni yer üzündən silərlərВ».

Narazı sahibkar bildirir ki, Şəmsəddin Xanbabayev başçı gələnə qədər onun maddi imkanı yaxşı olub və özünün fermer təsərrüfatı olub: В«Amma indi dilənçi günündəyəm. Hamıya borcum var. Banklardan götürüb qaytara bilmədiyim kreditlərə görə, bütün varidatımı itirmişəm. Kimə də şikayət etdim, xeyri olmadıВ».

Onunla bərabər yüzlərlə narazı xaçmazlının bu gün icra başçısının zülmündən əziyyət çəkdiyini bildirən narazı vətəndaş onu da yazır ki, son günlər Xaçmazda islahat adı altında neçə-neçə obyektin В«plana salınmasıВ» da bir oyundur: В«Mənim yaxın qohumlarımdan birinin (adını ona görə çəkə bilmirəm ki, onu da bitirərlər -red.) obyektini də plana salmışdılar. Və özü də deyirdilər ki, söküləcək, başqa yol yoxdur. Amma В«başqa yolВ» tapıldı. 30 min manat pulunu aldılar, obyektinə dəymədilər. Pulu verməyənlərin obyektləri isə söküldü, indi yerində yenisini tikirlərВ».

Hər halda, bu məktubdan və məktubun müəllifinin öz kimliyini gizlətməsindən belə başa düşülür ki, Şəmsəddin Xanbabayev Xaçmazda əməlli-başlı gestapo rejimi yaradıb. Bildirək ki, bizim üçün narazı sahibkarın kimliyini gizlətməsi anlaşılandır. Çünki bu gün Şəmsəddin Xanbabayevin adı iki sahibkarın ölüm işi ilə bağlı hallandırılır.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt