Əsas Səhifə > Güney Press / Manşet > YAP DAXİLİNDƏ GƏRGİN AB-HAVA: QARŞIDURMADIR

YAP DAXİLİNDƏ GƏRGİN AB-HAVA: QARŞIDURMADIR


8-10-2012, 15:56
YAP DAXİLİNDƏ GƏRGİN AB-HAVA: QARŞIDURMADIR
DİA.AZ: - Hakim Yeni Azərbaycan Partiyası daxilində gərginlik yaşanmaqdadır. ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaratdığı videoqalmaqalın ardından yaranmış ab-hava hakim partiya daxilindəki В«münaqişə ocaqlarınıВ» yenidən oyadıb.

Bu barədə DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, uzun müddətir YAP daxilinə nüfuz etməyə çalışan Prezident Administrasiyasının Ramiz Mehdiyevə yaxın şəxslər bu günlərdə Mehdiyevin cəbhəsini yerindən oynadan proseslərin fəal iştirakçısı olan YAP sədrinin müavini Əli Əhmədova qarşı hərəkətə keçiblər.

Mənbəmiz iddia edir ki, hətta YAP-çılar adından Əli Əhmədovun istefaya göndərilməsi üçün gizli imzatoplama kampaniyası da həyata keçirilir.

Qeyd edək ki, məlum videoqalmaqala qədər də Əli Əhmədovla Ramiz Mehdiyevin münasibətləri gərgin idi. Hətta son parlament seçkilərində PA şefi YAP sədrinin müavininin parlamentə düşməsini əngəlləməyə də çalışmışdı. Amma buna nail ola bilmədi. Mətbuatda səslənən fikirlərə görə, bəzi dairələr Əli Əhmədovu Ramiz Mehdiyevin yerinə gətirmək istədiyindən, PA şefi YAP sədrinin müavini ilə açıq ədavətdədir.

Geri qayıt