Əsas Səhifə > Güney Press / Manşet > NEFT ŞİRKƏTİNDƏ 300 FƏHLƏNİ İXTİSAR EDİRLƏR

NEFT ŞİRKƏTİNDƏ 300 FƏHLƏNİ İXTİSAR EDİRLƏR


8-10-2012, 15:11
NEFT ŞİRKƏTİNDƏ 300 FƏHLƏNİ İXTİSAR EDİRLƏR
RÖVNƏQ ABDULLAYEV RƏŞAD ƏLİYEVİN DƏ İŞİNİ DƏYİŞİR

DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu günlərdə ARDNŞ-də aparılan kadr ixtisarları ilə bağlı diqqətə gəlmişdi. İndi isə ARDNŞ şefinin yenidən belə bir addımı atmağa hazırlaşdığı bildirilir.

Bu barədə Nazirlər Kabinetindəki qaynaqlardan DİA.AZ-a xəbər ötürülüb və məlumatı verən qaynaq iddia edir ki, neft şirkətində təxminən 300-ə yaxın fəhlənin ixtisara salınacağı gözlənilir: В«Həmin ixtisara salınan fəhlələrin əksəriyyəti neft daşlarında, mədənlərdə çalışsalar da, ARDNŞ-ə aid yan strukturlarda və xüsusən də inşaat qurumlarında işləyən fəhlələrin bəzilərinin də ixtisarı gözlənilirВ».

Bu arada bir başqa mənbəmiz isə ARDNŞ-in rəhbər qurumlarında da kadr islahatlarının həyata keçiriləcəyini iddia edib. Məlumatı verən mənbəyə görə, nə zamandır gedəcəyi barədə informasiyalar verilən ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi, sabiq MTN əməkdaşı Rəşad Əliyev də vəzifəsindən alınacaq:

В«Rəşad Əliyevin yerinə Rövnəq Abdullayevin yaxın qohumlarından biri gətiriləcək. Rəşad Əliyevin özü isə neft şirkətində başqa bir vəzifəyə təyin olunacaqВ».

Geri qayıt