Əsas Səhifə > Güney Press / Manşet > MƏDƏT QULİYEV İSLAHATLARINI NİYƏ YARIMÇIQ QOYUB?
MƏDƏT QULİYEV İSLAHATLARINI NİYƏ YARIMÇIQ QOYUB?8-10-2012, 14:42 |
![]() OĞRU ALƏMİ DÖVLƏT İŞİNƏ MÜDAXİLƏ EDİR? DİA.AZ: - Mədət Quliyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətə təyin ediləndən sonra bir sıra kadr islahatları həyata keçirsə də, proses sonna qədər davam etdirilmədi. DİA.AZ-a verilən məlumatlarda isə baş verənlərin yarıda durdurulmasının nədənlərindən danışılır. Mötəbər mənbənin bildirdiyinə görə, əslində Mədət Quliyev В«yuxarılardanВ» islahatlar üçün yetki almışdı: В«Və bu yetkilərə söykənərək, hətta arxalarında hansısa oliqarx-məmurun dayandığı türmə rəisləri işlərindən kənarlaşdırıldı. Doğrudur, onların bəziləri başqa bir cəzaçəkmə müəssisəsinə təyin edildi. Amma fakt faktlığında qalır ki, xidmət rəisi çaba sərf etdiВ». Mənbəmizin sözlərinə görə, islahatların yarımçıq qalmasının nədəni penitensiar xidmətdə oğru sözünün olduqca mühüm mövqedə dayanmasıdır: В«Məlumdur ki, Mədət Quliyev eyni zamanda dustaqxanalardakı durumu da nəzarətə almaq istəyirdi. Amma buna rəsmən manne oldular. Oğru aləminin hansısa avtroitetinin sözü dövlətin sözündən üstün olduВ». В«Kimin sözü dövlətin sözündən üstün olduВ» sualımızın cavabında mənbəmiz bunları dedi: В«Hər halda, ədliyyə nazirliyində bunu daha yaxşı bilirlər. Kimlər ki, Mədət Quliyevə В«durrВ» əmrini verdilər, həmin adamlar kimin sözü ilə hərəkət etdiklərini yaxşı bilirlərВ». İsrarlarımızın qarşılığı olaraq mənbəmiz bunları əlavə etdi: “Bu gün türmələr ən böyük gəlir obyektləridir. Azadlıqda 1 manata olan nəsə, orda 10 manatdır. Çox ciddi bazardır və bu bazarda azadlıqda tapa bilmədiyin, əldə edə bilmədiyin hər şey var. Sizcə kimsə Mədət Quliyevə imkan verərdimi ki, həmin bazarı bağlasın?” Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |