Əsas Səhifə > Gündəm, Manşet > ADLARI «QARA SİYAHI»YA DÜŞƏN MƏMURLAR KİMDİR?
ADLARI «QARA SİYAHI»YA DÜŞƏN MƏMURLAR KİMDİR?8-10-2012, 10:09 |
PREZİDENT SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ HAKİM DÜŞƏRGƏ YENİLƏNƏ BİLƏR DİA.AZ: - Əslində lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaratdığı qalmaqal həm də keçirilməsi nəzərdə tutulan prezident seçkiləri öncəsi iqtidar düşərgəsi içində yeni bir siyasi atmosferin formalaşmasını stimullaşdırdı. Bunun da nəticəsidir ki, həm yerli və həm də kənar ekspertlər Azərbaycan hakimiyyətinin ləngər vurduğunu və bu silkinmə zamanı bir çoxlarının göyərtədən atılacağını proqnozlaşdırırlar. Kimdir onlar? Bu vaxta qədər bəlli olan situasiyadan da aydın olur ki, hələlik hədəfdə olanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun komandasıdır. Amma məsələ tək bunlarla bitməyəcək. DİA.AZ-a hökumət içindəki qaynaqlardan sızan informasiyalardan aydın olur ki, gözlənilən kadr dəyişiklikləri böyük səs-küy yaradacaq və mahiyyətinə görə total xarakteri daşıyacaq. Yəni eyni zamanda az qala hökumətin tən yarısından imtina planlaşdırılır ki, bu məsələdə də son olayların şiddətli formada təsir göstərdiyi iddia olunur. Məlumatlı qaynağın bildirdiyinə görə, kadr islahatları davamlı şəkildə həyata keçiriləcək: «Bu islahatların tarixi həm seçkilərdən əvvələ və həm də sonraya təsadü edəcək. Amma ola bilər ki, müxtəlirf ad və səbəblər altında eyni anda bir neçə nüfuzlu məmur vəzifəsindən alınsın. Yəni şərt bu deyil, məsələ ondadır ki, artıq bel bir planma var və az qala hər kəs «etibarlılıq müddətinin» başa çatdığı annı bilir, gözləyir». Əldə etdiyimiz informasiyalardan aydın olur ki, Ramiz Mehdiyev başda olmaqla bir neçə nüfuzlu məmurun vəzifəsindən alınmasını nəzərdə tutan proseslər zamanı aşağıdakı məmurların da adları «qara siyahı»da yer almaqdadır: - Səlim Müslümov - Dövlət Sosial Müdafiə Fondunun sədri (tam imtina) - Etibar Pirverdiyev - «Azenerji» ASC-nin prezidenti (tam imtina) - Cavid Qurbanov - «Azəryolservis» ASC-nin prezidenti (tam imtina) - Misir Mərdanov - Azərbaycan Təhsil Naziri (tam imtina) - Əli Abbasov - Rabitə və İnformasiya Texnologiyaları Naziri (tam imtina) - İsmət Abbasov - Kənd Təsərrüfatı Naziri (tam imtina) - Kərəm Həsənov - Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri (başqa bir görəvə təyin ediləcəyi iddia olunur) - Şahin Mustafayev - İqtisadi İnkişaf Naziri (tam imtina) - Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin sədri (tam imtina) Mənbəmiz bildirir ki, bununla yanaşı baş nazirin iki müavini, bir komitə sədri və daha 6 rayonunun icra başçısı də qeyd olunan müddət ərzində vəzifələrindən alınacaq və yalnız onlardan birinin yenidən başqa bir vəzifəyə gətirilməsi ehtimalı var. Geri qayıt |