Əsas Səhifə > Gündəm, Manşet > ERMƏNİLƏR AZƏRBAYCANDA YENİ PROBLEM YARADIR

ERMƏNİLƏR AZƏRBAYCANDA YENİ PROBLEM YARADIR


8-10-2012, 08:54
ERMƏNİLƏR AZƏRBAYCANDA YENİ PROBLEM YARADIR
ERMƏNİ AGENTURASI İNDİ DƏ ŞİMALDA SEPARATÇILIQ TOXUMU ƏKMƏKDƏDİR

DİA.AZ: - Ermənistan indi də Azərbaycanın şimalında etnik separatizmi alovlandırmaq istəyir. Xatırladaq ki, bir neçə ay əvvəl Ermənistanda «Talış Konfransı»təşkil edən rəsmi İrəvanın bu çabaları səmərəsiz qalmışdı. Hətta Əlikram Hümbətov belə ermənilərin dəvətini qəbul etməyərək, onları təxribatçı adlandırmışdı.

DİA.AZ xəbər verir ki, fitnəkar ermənilər bu dəfə Zaqatala və Balakən rayonlarımızda bölücülük toxumları səpməyə çalışırlar və guya elə bir təəssürat yaradırlar ki, sanki Azərbaycanda 200 min avar yaşayır və onların hüquqları pozulur.

Bu barədə yazan erməni mətbuatında yer alan fikirlərdə bildirilir ki, Azərbaycanın rəsmi statistikasına görə, Azərbaycanda 49,8 min avar yaşayır. Hansısa yazıçı-publisist Şahban Hafisova istinadən edən erməni mətbuatı bildirir ki, bu rəqəm səhvdir və guya ki, Azərbaycanda 160 min öz dilini bilən avar yaşayır və ümumilikdə avarların sayı 200 minə çatır.

Bu da azmış kimi İrəvanda «Qafqaz-Xəzər regionunun köklü xalqları» adlı konfrans təşkil edən ernmənilər bu günlərdə həmin konfransa dəvət etdikləri və fikirlərindən separatçı olduğu şübhə doğurmayan Şahban Hafisova istinadən bildirirlər ki, guya Azərbaycanda avarların öz anna dillərində təhsil alma hüquqları da məhdudlaşdırılır. Məlumatda iddia olunur ki, guya Azərbaycanda avarların çoxluq təşkil etdiyi 115-120 orta məktəb olduğu halda, yalnız 20 tədris ocağında avar dili tədris olunur ki, bu da həftədə iki dəfə olduğundan yerli camaat, yəni avarlar narazılıq edir. Daha sonra Şahban Hafisov iddia edir ki, avar dilində dərsliklərin olmaması və yalnız Dağıstandan gətirilən dərsliklərlə məhdudlaşdırılması da Azərbaycanın avarlara qarşı siyasətinin nəticəsidir: «Avarlar Azərbaycanda vəzifəyə də təyin olunmurlar. Onların təyin oluna biləcəyi ən böyük vəzifə icra başçısının müavinidir».

Hər halda, bütün bunların bir cəfəngiyyat olmasını elə bu gün avar kökənli Rəbiyyət Aslanovanın hazırki mövqeyindən, eyni zamanda onun oğlu Elnur Aslanovun Prezident Administrasiyasında şöbə müdiri vəzifəsini tutmasından da aydın şəkildə bilmək olar. Və bu siyahını yetərincə uzatmaq mümkündür, hətta az qala Azərbaycanda yaşayan avarların sayı qədərinə çatdırmaq da olar… Amma vacib olanı bu deyil. Vacib olanı odur ki, istənilən halda düşmən Ermənistanın bu kimi təxribatlarına Azərbaycanın müvafiq dövlət qurumları hazırlıqlı olmaq zorundadır. Çünki düşmən istənilən halda öz torpaqlarını azad etmək fikrini qətiləşdirən Azərbaycanın yoluna daş-kəsək atmağında olacaq…

Geri qayıt