Əsas Səhifə > Ölkə > BAKIDA LOKOMOTİV RƏİSİNİ GÜLLƏLƏDİLƏR
BAKIDA LOKOMOTİV RƏİSİNİ GÜLLƏLƏDİLƏR4-11-2011, 12:33 |
HADİSƏNİ TÖRƏDƏN ŞƏXS SAXLANILIB Bakıda silahlı insident olub. Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Böyük Şor Lokomotiv deposunun inzibati binasında qeydə alınıb. Deponun keçmiş işçisi, 1934-cü il təvəllüdlü Dadaşov Heydər İslam oğlu deponun rəisi, 1944-cü il təvəllüdlü Ocaqverdiyev Kamal İsaq oğlunu güllələyib. "Makarov" markalı tapançadan açılan 6 güllədən 3-ü K. Ocaqverdiyevə dəyib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən H. Dadaşov saxlanılıb. İlkin məlumata görə, hadisəyə adıçəkilən şəxslər arasında olan köhnə ədavət səbəb olub. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Geri qayıt |