Əsas Səhifə > Güney Press / Manşet > QAZAXDA BAŞ HƏKİM NİYƏ HƏDƏFƏ ÇEVRİLİB?
QAZAXDA BAŞ HƏKİM NİYƏ HƏDƏFƏ ÇEVRİLİB?7-10-2012, 18:13 |
![]() YOXLAMALARDAN ÜZÜ AĞ ÇIXA BİLMƏDİ VƏ TƏCİLİ BAKIYA ÇAĞRILDI DİA.AZ: - Qazax rayon Mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov həbs oluna bilər. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlar məlumat verib. Mənbə bildirir ki, Qazax rayon Mərkəzi xəstəxanasında aparılan yoxlamalar zamanı korrupsiya faktları aşkarlanıb. Amma maraqlıdır ki, yoxlamanı aparan yerli strukturlar bu faktı ört-basdır etməyə çakışırlar: “Amma paytxatda bundan xəbər tutulub və baş həkim sabah üçün Bakıya – Səhiyyə Nazirliyinə çağrılıb” Mənbə bildirir ki, bir neçə gün bundan öncə xəstəxanaya bir neçə yaralı gətirilib. Onların qəzada yaralandığı bildirilir. Həmin şəxslərə isə dərman verilməyib. Xəstələrin yaxınları tibbi yardım üçün lazım olan dərmanları elə xəstəxananın yanındakı aptekdən pulla alıblar. Və xəstə yaxınları bununla əlaqədar səhiyyə nazirliyinin “qaynar xətti”nə müraciət ediblər. Artıq xəstəxanadakı vəziyyətlə bağlı lazımi dairələrə şikayətlər də verilib. Yaxın günlərdə xəstəxanada antikorrupsiya əməliyytaının keçiriləcəyi də mümkündür. Təbii ki, bu əməliyyat baş həkim Arzu Novruzov üçün asan başa gəlməyəcək. Onun həbs ediləcəyi də bu səbəbdən istisna olunmur. “Amma baş həkimin SN-dəki durumu hadisələrin sonrakı inkişaf axarını müəyyən edəcək” – deyə mənbə vurğulayıb. Geri qayıt |