Əsas Səhifə > Gündəm, Manşet > MİLLİ QƏHRƏMANIN ATASI TƏHDİD OLUNUB

MİLLİ QƏHRƏMANIN ATASI TƏHDİD OLUNUB


6-10-2012, 12:09
MİLLİ QƏHRƏMANIN ATASI TƏHDİD OLUNUB
BİLƏSUVARIN İCRA BAŞÇISINDAN ÖZBAŞINALIQLAR DAVAM EDİR

DİA.AZ: - Milli qəhrəman Mübariz İbrahimovun atasının adı neçə gündür ki, mətbuatda çəkilməkdədir. Xatırladaq ki, bu barədə bütün məlumatları diqqətinizə çatdırmışdıq və məlum olurdu ki, Biləsuvarın icra başçısı Mahir Quliyev qəhrəmanın atasına az qala düşmən münasibət bəsləyir.

Amma bu xəbərimizin ardından «Azadinform»da Ağakərim İbrahimovun açıqlaması yer aldı və məlum olurdu ki, yazılanları təkzib edən qəhrəman atası icra başçısı ilə heç bir probleminin olmadığını da söyləyib.

Məsələnin bu şəkildə olmadığı aydınlaşır. Bu barədə DİA.AZ-a açıqlama verən məlumatlı qaynağın sözlərindən bəlli olur ki, Mübariz İbrahimov kimi bir oğulu yetişdirən ataya düşmən münasibətdə dayanması bir yana, hətta Mahir Quliyev onu təhdid də etməyə qalxıb.

Mənbəmiz bildirir ki, ilk xəbər yayıldıqdan sonra əl-ayağa düşən icra başçısı təcili şəkildə Ağakərim İbrahimovu icra hakimiyyətinə çağırtdırır və onu təhdid edərək, mətbuata açıqlama verməyə vadar edir: «Ola bilsin ki, bu məlumatımız da təkzib olunsun. Ağakərim dayı abırlı adamdır və o, bir qəhrəman atası olaraq xüsusi diqqətə layiqdir. Amma Mahir Quliyev buna rəğmən kiminlə danışdığının fərqinə vara bilmir».

Mənbəmiz onu da əlavə etdi ki, yaxın günlərdə Mahir Quliyevlə bağlı daha ilginc faktlar açıqlanacaq. Bizi izləməkdə davam edin…

Geri qayıt