Əsas Səhifə > Gündəm, Manşet > «GÜRCÜ ARZUSU» AZƏRBAYCANDA REZONANS YARATDI

«GÜRCÜ ARZUSU» AZƏRBAYCANDA REZONANS YARATDI


6-10-2012, 10:28
«GÜRCÜ ARZUSU» AZƏRBAYCANDA REZONANS YARATDI
İSGƏNDƏR HƏMİDOV İVANİŞVİLİNİ TƏQDİR EDİR, AMMA SÖZÜ DƏ VAR

DİA.AZ: - Dünən Parlament seçkilərində qələbə qazanan “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili “The New Times” qəzetinə açıqlamasındakı bir sıra məqamlar Azərbaycanda böyük rezonans yaratdı. Söhbət Gürcüstandakı son seçkilərin qalibinin ermənilərin nə üçün Gürcüstanda yaşadıqlarını anlamadığını deməsi ilə bağlıdır.

Müxbirin ona nə üçün Fransadan Gürcüstanda qayıtdığını soruşanda İvanişvili bildirib ki, evə qayıtmaq gürcülərin genetik xüsusiyyətləridir: “Biz gürcülər elə qəribəyik ki, biz öz torpağımıza bağlıyıq. Bizim belə xarakterimiz var. Məsələn, burada bizdə ermənilər yaşayır. Mən heyrətlənirəm. Onların vətəni yaxınlıqdadır, lakin onlar burada yaşayırlar. Sizin üçün güman ki, belə bir məsələ yoxdur. Mənim üçün isə anlaşılmazıdr. Mən Fransada, bir il Amerikada yaşadım. Yuxumda kəndimi, öz torpağımı görməyə başladım...”

Bu açıqlama ilə bağlı DİA.AZ-a münasibətini açıqlayan keçmiş daxili işlər naziri İsgəndər Həmidov İvanişvilinin sözlərindən təəccüblənməmək lazım olduğunu söyləyib: «Mən ilk növbədə Saakaşvilinin seçkilərdəki davranışlarını, nəticələrə münasibətini alqışlayıram. O, bir daha sübut etdi ki, həqiqətən də Gürcüstanın demokratikləşdirilməsi amallarına sadiqdir.

O ki qaldı Bidzina İvanişvilinin açıqlamasına, o, ağıllı adamdır. Bizim buraxdığımız səhvi təkrarlamaq istəmədiyini rəsmən ortaya qoyur. Yəni o, yaxşı bilir ki, ermənilər heç bir zaman Gürcüstanda sakit oturmayacaqlar və onlar Azərbaycana yaşatdıqlarını gürcülər üçün də hazırlayırlar. Məhz bu səbəbdən İvanişvili bəri başdan tədarükünü görür.

Amma İvanişvili də bilməlidir ki, ermənilərin indi Gürcüstanda yaşadıqları ərazilər və həmçinin «Ermənistan dövləti» adlanan ərazilər - bunlar türk torpaqlarıdır. Yəni əgər ermənilər evlərinə getməli olsalar, o zaman Qafqazdan çox uzağa getmək zorunda qalacaqlar ki, inşallah, biz də buna nail olacağıq.

Amma istənilən halda İvanişvilinin açıqlamasını təqdir edirəm və bir dövlət adamı, gürcü dövlətinin gələcək sahibi kimi onun bu şəkildə mövqe tutması Azərbaycan dövlətinin milli maraqları açısından münasibdir».

Geri qayıt