Əsas Səhifə > Güney Press / Manşet > ŞAHİN MUSTAFAYEV FHN ŞEFİNİN HƏDƏFİNDƏ

ŞAHİN MUSTAFAYEV FHN ŞEFİNİN HƏDƏFİNDƏ


5-10-2012, 13:25
ŞAHİN MUSTAFAYEV FHN ŞEFİNİN HƏDƏFİNDƏ
NAZİRİN “GİLAN”A HƏMLƏSİ BAŞINA CƏNCƏL OLUB

DİA.AZ: - Bu gün mətbuat qarşısına çıxaraq Azərbaycanın olmayan iqtisadi inkişafından danışan Şahin Mustafayevlə bağlı redaksiyamıza ilginc faktlar ötürülüb. Xatırladaq ki, dünən fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Gilan” MMC investisiya öhdəliklərini yerinə yetirmədiyi haqda məlumatlar yayıldı.

Xəbərdə deyiulirdi ki, böyük və çoxprofilli “Gilan” MMC Bakı Evtikmə kombinatı в„–2 bazasında yaradılan “Bakı İnşaat-2” ASC-nin modernləşdirilməsi üzrə investisiya öhdəliklərini yerinə yetirməyib. Şirkətdə bunu 2008-2009-cu illərin böhranı ilə bağlayırlar.

Dərnəgül qəsbəsində yerləşən ETK-nın səhmlərinin 96,97%-nin (o cümlədən əmək kollektivi üzvləri arasında güzəştlə satılan 15% səhmin 11,97% qalığının) satışı üzrə müsabiqə 1 avqust 2008-ci ildə keçirilib. Qanunun tələblərinə zidd olaraq, ƏMDK müsabiqəinin nəticələrini elan etməyib. İddiaçılardan dövlət büdcəsinə 4, 5 mln manat köçürmək, ƏMDK-yə 50 000 özəlləşdirmə çeki təqdim etmək təklifi tələb edilirdi. İnvestor 90 günə 231,5 min manat əmək haqqı borcunu ödəməli idi. Sonradan Turan müəyyən edib ki, səhmlər “Gilan” MMC-yə satılıb.

“Gilan” şirkətində deyiblər ki, yaranan problemlərlə bağlı investisiya öhdəliklərinin yerinə yetirilmə vaxtı 1,5-dən 2,5 ilə artırılıb. Əmək kollektivinin üzvləri bu qərardan razı qalmayıb, məhkəməyə müraciət edib və uduzublar. Dövlət büdcəsinə öhdəlik (5 mln manat) hissələrlə, əmək haqqı borcu tam ödənilib.

DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, “Gilan”da yoxlama aparmaq fikrinə düşən iqtisadi inkişaf naziri Şahin Mustafayev bir neçə gün əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəzəb hədəfinə çevrilib.

Bildirək ki, bir zamanlar vergilər nazirliyində çalışmış Şahin Mustafayev Kəmaləddin Heydərovun kadrı hesab olunur və həqiqətdə də bu belədir. Fərhad Əliyevin dəmir barmaqlıqlar arxasına göndərilməsinin ardından FHN şefi bu mühüm posta Heydər Babayevin gedişindən sonra öz adamını təyin etdirməyə müvəffəq olub.

Məlumatlı mənbə iddia edir ki, Şahin Mustafayevin nazirliyinin əməkdaşları bir neçə gün əvvəl В«GilanВ» Holdinqə məxsus obyektlərin birinə baxış keçirmək istəyiblər: В«Təbii ki, bu baxışın özü də simvolik xarakterdə idiВ».

Amma buna baxmayaraq, işə şəxsən FHN şefinin qarışmsı, nəticədə Şahin Mustafayevin danlanması ilə bitən bu olay zamanı insident də yaranıb. Beləcə, Kəmaləddin Heydərovun hədəfinə çevrilən Şahin Mustafayevin hələ də özünə gələ bilmədiyi söylənilir.

Geri qayıt