Əsas Səhifə > Cəmiyyət > XƏZƏRİN ÇİRKLƏNMƏ RİSKİ ARTIB

XƏZƏRİN ÇİRKLƏNMƏ RİSKİ ARTIB


3-11-2011, 17:04
XƏZƏRİN ÇİRKLƏNMƏ RİSKİ ARTIB

ARTIQ BUNUNLA BAĞLI HƏYƏCAN TƏBİLİ ÇALINIR

Bu gün “Dənizdə neft dağılmalarına görə məsuliyyət və kompensasiya üzrə beynəlxalq rejimlər" mövzusunda keçirilən beynəlxalq seminarın iştirakçıları Xəzərdə ekoloji təhlükənin qarşısının alınması üçün Xəzəryanı dövlətlərin daha sıx əməkdaşlığının vacibliyini vurğulayıblar.

Azərbaycan fövqəladə hallar nazirinin birinci müavini Rafael Mirzəyev bu məsələdə neft-qazçıxarma şirkətləri ilə əməkdaşlığın aktuallığını qeyd edib.

Neftlə çirklənmədən dəyən zərərin kompensasiyası üçün ATƏT-in Bakı ofisi, FHN və Beynəlxalq Fond təşkil etdiyi seminarı “YEK-də sənaye kompleksi: Dənizdə və quruda neftin dağılması – problemlər və onların həlli” mövzusunda 1-ci beynəlxalq Xəzər-Qara dəniz konfransının prelüdiyası hesab etmək olar. Konfrans noyabrın 21-22-də keçiriləcək.

Tədbirin təşkilatçısı Confidence Capital şirkətidir. Tədbir Azərbaycan FHN və Xəzər –Avropa İnteqrasiya İşgüzar Klubunun dəstəyil ilə keçirilir. Gələcək forumun iştirakçıları birgə reaksiyanın koordinasiyası, dəniz layihələrinin həyata keçirilməsi zamanı risklərin nəzərə alınması, nəql və saxlama infrastrukturunun istismarı, dağılmaların aradan qaldırılmasında yeni texnologiyaların tətbiqi, torpağın rekultivasiyası məsələlərini müzakirə edəcəklər. Tədbirdə iri neft-qaz şirkətlərinin nümayəndələri, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Norveç, Fransa, Belçika və digər ölkələrin aparıcı texnologiya istehsalçıları iştirak edəcəklər.

Bugünkü seminarda R.Mirzəyev etiraf edib ki, dənizdə karbohidrogen hasilatının artması ilə əlaqədar Xəzərin neft və kimya məhsulları ilə çirklənmə riski də artıb.

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Xəzərdə maraqlı tərəflərin koordinasiyasının sürətləndirilməsinə çağırıb. ATƏT bu cür təşəbbüsləri dəstəkləməyə və bu sahədə mütəxəssisləri cəlb etməyə hazırdır.

Regional oyunçuların və beynəlxalq təşkilatların narahatlığı əsassızdır. SSRİ-nin süqutundan sonra Xəzərin ekoloji vəziyyəti yaxşılaşıb, lakin resursların işlənməsinin və nəqlinin intensivliyinin artması yeni təhlükələr yaradır. Xəzərin Azərbaycan sektorunda da xoşagəlməz ekoloji durum qalır. Neft dağıntıları sovet dönəmindən qalan hasilat yerlərində nəhəng meydanları əhatə edir.


Geri qayıt