Əsas Səhifə > Sosial, Manşet > VAQİF AXUNDOV QOHUMLARINDAN VAZ KEÇMƏLİDİR

VAQİF AXUNDOV QOHUMLARINDAN VAZ KEÇMƏLİDİR


5-10-2012, 12:26
VAQİF AXUNDOV QOHUMLARINDAN VAZ KEÇMƏLİDİR
PREZİDENTİN MÜHAFİZƏ İŞİNDƏ QOHUMBAZLIQ SİYASƏTİ YÜRÜDÜLÜB

DİA.AZ: - Bir müddət əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) keçmiş əməkdaşı Asif Lətifovun həbsinin təşkilatçısı kimi diqqətə gələn XDMX-nin rəisi Vaqif Axundovun başı cəncəldədir. Bu barədə məlumatı DİA.AZ-a hökumət içindəki mənbələr ötürüb.

Xatırladaq ki, Vaqif Axundov Asif Lətifovu XDMX sıralarından «MTN-nin şpionu» kimi uzaqlaşdırmışdı. Bu barədə keçmiş XDMX əməkdaşı hələ azadlıqda olarkən mətbuata geniş açıqlamalar vermiş, mətbuat konfransları keçirmişdi. Hətta Asif Lətifov açıqlamalırının birində vurğulamışdı ki, öz qohumlarını XDMX-yə və Milli Qvardiyadakı rəhbər postlara təyin etdirən Vaqif Axundov əməlli-başlı «ailə podratı» yaratmağa da müvəffəq olub.

Redaksiyamızı bilgiləndirən məlumatlı mənbələr isə iddia edir ki, aşkar surətdə MTN-ni özünə rəqib cinah kimi görən Vaqif Axundova hakimiyyətin üst düzəyi tərəfindən konkter olaraq vaxt verilib: «Generalın yaxın qohumlarının adlarının və tutduqları vəzifələrin əks olunduğu siyahı birbaşa olaraq dövlət başçısına çatdırılıb. Və məlum olub ki, Vaqif Axundov qohumlarından ibarət bir ordu yaradıb. Və burada peşəkarlıqdan ümumiyyətlə, söhbət belə gedə bilməz. Yəni dövlət başçısının, mühüm dövlət qurumlarının təhlükəsizliyi Vaqif Axundovun qohumbazlıq siyasətinin maraqları fonunda təmin edilib».

Mənbəmiz bildirir ki, məhz bu səbəbdən «yuxarıların» hədəfinə çevrilən generala vəziyyəti düzəltməsi ilə bağlı vaxt da verilib: «Təbii ki, burada vəziyyətin yeganə düzəldilməsi qohum-əqrəbasını işdən kənarlaşdırması, indi ayrı-ayrı özəl şirkətlərdə «oxrana» kimi işləyən sabiq prezident mühafizəçilərinin - peşəkarların geri qaytarılmasından ibarətdir».

Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edir…

Geri qayıt