Əsas Səhifə > Siyasət, Manşet > VİDEOQALMAQALIN «PUTİNİN DOSTU»NA NƏ DƏXLİ VAR?

VİDEOQALMAQALIN «PUTİNİN DOSTU»NA NƏ DƏXLİ VAR?


5-10-2012, 11:55
VİDEOQALMAQALIN «PUTİNİN DOSTU»NA NƏ DƏXLİ VAR?
ELŞAD ABDULLAYEV MƏSƏLƏSİNDƏ İLHAM RƏHİMOVUN DA ADI ÇƏKİLDİ

DİA.AZ: - Redaksiyamıza son günlərin olayları ilə bağlı ilginc bir məlumat daxil olub. Hökumət içindəki mənbələrdən DİA.AZ-a verilən informasiyalara görə, lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin durub-dururkən 7 il əvvəl gizli şəkildə lentə aldığı videomaterialı indi açıqlamasında, sən demə, bir çox dairələrin maraqları var imiş.

Bildirək ki, burada əsas hədəf əslində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Və buradan yola çıxan mənbəmiz bildiriri ki, Ramiz Mehdiyev əslində bir neçə ay əvvəl vəzifəsindən azad edilməli imiş və hətta bu işdə Kremlə belə anlaşma əldə olunmuşdu: «Amma bu anlaşma pozuldu».

Xatırladaq ki, bu barədə məlumatları bizlər də diqqətlərə çatdırmışdıq. Söhbət tanınmış iş adamı, Azərbaycanda «Putinin dostu» adı ilə tanınan İlham Rəhimovun PA şefi postuna gətirilməsindən gedir. Məlumatlarda bildirilirdi ki, millət vəkili Rəbiyyət Aslanova ilə ailə həyatı quran İlham Rəhimov Ramiz Mehdiyevin yerinə gətirilməli idi. Amma bu məsələyə Qərbdən və konkret olaraq, hakimiyyətiçi qruplaşmaların biri tərəfindən çox ciddi şəkildə müqavimət göstərilib, plan baş tutmayıb.

İlham Rəhimovun Rusiyanın adamı olması bir faktdır və burada Qərb Ramiz Mehdiyevdən sonra ikinci bir Rusiya yanlısının PA rəhbərliyinə gətirilməsini əngəlləyib.

Mənbəmiz iddia edir ki, əslində vəziyyətin bu həddə çatdırılmasında Ramiz Mehdiyev də maraqlı olub və o, özünün əvəzlənməsini bu kimi faktların ictimailəşməsi ilə əngəlləyib. Son məlumatlarda isə qeyd olunur ki, həmin qüvvələr indi də Ramiz Mehdiyevdən qisas alırlar: «Elşad Abdullayevin İlham Rəhimovu dəstəkləyən qüvvələr tərəfindən himayə olunması da kifayət qədər inandırıcıdır və bu işdə Putinin dostunun hansı səviyyədə əlaqəli olduğu araşdırılarsa, o zaman ortaya çox ciddi faktlar çıxacaq».

Adları çəkilən bütün şəxsləri dinləməyə hazırıq.

Geri qayıt