Əsas Səhifə > Güney Press / Manşet > RAMİZ MEHDİYEVİ NECƏ TƏCRİD EDİRLƏR?
RAMİZ MEHDİYEVİ NECƏ TƏCRİD EDİRLƏR?4-10-2012, 16:02 |
![]() ELŞAD ABDULLAYEV ZƏRƏRÇƏKƏN KİMİ TƏQDİM OLUNURSA… DİA.AZ: - Artıq val yenə də tərsinə dönməkdədir. Bir müddət əvvəl qalib tərəf kimi təqdim olunan əks cinah yenidən küncə sıxışdırılıb. Bəli, söhbət ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı videoçəkilişin ardından yaranmış qalmaqaldan gedir. Məlum olduğu kimi, baş prokurorluq Elşad Abdullayevin prezidentdən təhlükəsizliyinə təminat istəməsi məsələsinə müsbət reaksiya verərək keçmiş rektoru vətənə dəvət edib. Ən maraqlısı isə baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun açıqladığı məlumatda Elşad Abdullayevin zərərçəkmiş kimi tanınmasıdır. DİA.AZ olaraq ifadəni olduğu kimi bir daha xatırladırıq: В«"Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" 11 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Elşad Abdullayevin Azərbaycan Respublikasına gəldiyi təqdirdə qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi şəxsi təhlükəsizliyi təmin ediləcəkВ». Bəli, diqqət yetirdinizsə, Elşad Abdullayev zərərçəkmiş kimi görsənir. Və bu o deməkdir ki, iş mahiyyəti üzrə araşdırılarsa, o zaman kimlərsə cavab verməli olacaqlar. Onu da bildirək ki, bu iş Elşad Abdullayevin qardaşınin itkin düşməsilə əlaqədardır. Amma digər bir cinayət işi də var ki, həmin proseslə bağlı prokurorluq nədənsə heç nə demir. Əslində bunun nədənləri anlaşılandır. Ekspertlərin qənaətinə görə, burada müxtəlif versiyalar ola bilər. Birincisi odur ki, Elşad Abdullayev qardaşının araşdırılması məsələsində zərərçəkmiş kimi tanınır və bu adla Azərbaycana gətirildikdən sonra, Gülər Əhmədova ilə bağlı qalmaqalın sorumlusu olaraq məsuliyyətə cəlb olunur. İkinci versiya ondan ibarətdir ki, bu açıqlamaya müəlliflik edən baş prokurorluğun özü də hələ çaşqınlıq içindədir. Çünki hələ də hansı cinahın daha samballı mövqe sahibi olduğu bilinmir və prokurorluğun necə davranacağı və açıqladığı informasiyanın hansı şəkildə istifadə olunacağı məhz hakimiyyətiçi münasibətlərə uyğun olaraq müəyyənləşəcək. Üçüncü versiya isə ondan ibarətdir ki, ümumiyyətlə, Gülər Əhmədova ilə bağlı qalmaqal mandatın alınması ilə başabaş edilir və Elşad Abdullayev həqiqətən də tam təhlükəsiz şəraitdə ölkəyə gətirilərək, sonrakı proseslər üçün hazırlanır. Amma istənilən halda, bütün bu versiyaların hər birinin inkişaf axarında əsas hədəf rolunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin çıxış etməsi bir faktdır. Dünənə qədər cəmiyyətə В«boz kardinalВ» kimi təqdim olunan Ramiz Mehdiyev bu gün Elşad Abdullayev müstəvisində opponent səviyyəsinə qədər endirilib. Hər halda, rəqib cinah ilkin olaraq istədiyinə nail olub. Və artıq Azərbaycana gətiriləcək Elşad Abdullayevin hətta bir neçə günlük həbsə alınması şəraitində belə Ramiz Mehdiyevin əməlli-başlı təcridi siyasətinin həyata keçirilməsi kifayət qədər inandırıcı və mümkün görünür. Geri qayıt |